16-cı əsrdə Avropanın qərbində meydana çıxan Anabaptist hərəkatı insanın xristianlığı uşaq ikən deyil, böyüdükdən sonra, şüurlu şəkildə, tövbə edərək qəbul etməsinə inanır, müharibədə iştirak etməyi, qisas almağı günah hesab edir və bu növ xristianların böyük cəmiyyətlərdən ayrıca, təcrid olunmuş şəkildə yaşamalarını vacib hesab edir. Bu kimi dini baxışlarına görə anabaptistlər uzun zaman katolik və hətta protestantlar tərəfindən təqiblərə məruz qalır…..
Your browser doesn’t support HTML5
Rəvayətə görə Tanrı onlara elə bir güc verir ki, diri-diri yandırılan anda belə onlar Tanrı ucaltmaq naminə mahnı oxuyur.
Anabaptistlərin bir qolu olan amişlər bu təqiblərdən yaxa qurtarmaq üçün Avropanı tərk etməyə başlayır. Və 18-ci əsrin əvvəllərində təxminən 500 amiş Almaniyanın cənub-qərbindən və İsveçrədən buraya Amerikanın Pennsilvaniya ştatının Lankaster şəhərinə miqrasiya edir.
Amerikada amişlər öz dini ənənələrini sərbəst davam etdirir və Avropada olduğu kimi burada da onlar əsasən əkinçilk, fermerliklə məşğul olur. Bugünkü gündə texnologiyanın müasir insan həyatının ayrılmaz hissəsi olmasına baxmayaraq, amişlər üçün bunların heç bir əhəmiyyəti yoxdur. Belə ki, onlar heç bir müasir texnologiyadan istifadə etmir. Onların yeganə nəqliyyat vasitəsi isə “Buggy” - at arabasıdır. Baxmayaraq ki, amişlər şəkil çəkdirməkdən yayınır və daim kamera görəndə üzlərini gizlədir, amişlərdən biri ondan müsahibə belə almağımıza razılıq verdi.
Ceyk Beyler amiş ailəsində doğulub və o bizə amiş həyatı barədə söhbət etdi.
Ceyk Beyler: "Mənim atamın əsli İsveçrədəndir, anam isə əslən almandır. Bizim danışdığımız dil isə, bəziləri bunu Pensilvaniya alman dili adlandırır, amma əslində bizim dilmiz İsveç almancasıdır… Altı qardaş idik və bütün günü bərabər işləyirdik….Birotaqlı məktəbdə, amiş məktəbində 1-dən 8-ci sinifədək təhsil alırdıq. Doqquzuncu sinifə isə artıq kiminsə evində davam etdiririk. Doqquzu bitirdikdən sonra isə fermada, və ya tikintidə işləməyə başlayırıq."
16 yaşa çatdıqda amişlərə həyatlarını necə davam etdirməyə qərara vermələrinə icazə verilir.
Ceyk Beyler: "Rumsprinqa dövrü, yəni təcrübə və seçim dövrü 16 yaşında başlayır. Bundan sonra ya kilsəyə qoşulursan, ya da Rumsprinqə davam edirsən, yəni dünya insanlarına qoşulursan. Bu növ həyat tərzi mənim üçün çətin olduğundan, mən dünya insanlarına qoşulmağa qərar verdim. Valideyinlərim mənim qərarıma o qədər də narazılıq bildirmədi. Yəni bu belədir. Əgər o yaşda sən düşünürsən ki, sırf amiş həyat tərzi sənin üçün çətindir və sən belə davam edə bilməyəcəksən, sən cəmiyyətdən gedirsən."
Amişlərin ailə həyatı qurması onların seçim etmələrinə təsir edir.
Ceyk Beyler: "Sizdə yəni dünya icmasında deyirlər `Ev-eşik edib evlən` bizdə Amiş icmasında deyirlər`ev eşik edib, kilsəyə qoşul və evlən.`… Rumsprinqa yaşlarında amiş oğlan bir amiş qıza vurulur və evlənmək istəyir. Və köhnə yəni Anabaptist qaydalarına görə həmin oğlan evlənmək üçün əvvəl kisləyə qoşulmalıdır. Bundan sonra isə onların uşaqları olur və bütün bu proses 20 ildən sonra bir daha təkrarlanır və bir nəsildən digər nəsilə davam edir."
Ceyk sevdiyi qızın qeyri-amiş olduğundan və ənənəvi yaşayış tərzinə üstünlük verdiyindən Rumsprinqa dövründə amiş həyatı ilə vidalaşır. Amma adi insanlar arasından da amiş icmasına qoşulmaq istəyənlər olur. Bu insanların sayı olduqca azdır.
Ceyk Beyler: "Son 60 ildə mənim tanıdığım dörd nəfər var ki, amiş icmasına qoşulub. Çox sayda məhdudiyyətlər qoyulduğundan amiş olmaq çətindir."
Buna baxmayaraq amişlərin sayı artmaqda davam edir. Statistikaya görə amişlərin artım faizi Amerika əhalisinin ümumi artım faizini üstələyir. Özü də xeyli. Belə ki, 2016-cı ildə Amerikada amişlərin ümumi sayı 2.6 faiz artıb. Eyni ildə Amerika əhalisinin ümumi artım faizi isə 0.73 faiz olub.
Ceyk Beyler: " Amerikada artıq bir neçə əsr yaşamalarına baxmayaraq amişlər indi də alman dilində danışır və ənənələrini davam etdiri."