Amerikanın rəngarəng kəndləri

Your browser doesn’t support HTML5

Nyu York şəhərindən 160 km aralıda yam-yaşıl təbiətə sahib Katskil dağları yerləşir. Katskil dağlarında həm yay, həm qış idman növləriylə məşğul olmaq üçün xüsusi mərkəzlər var. Nyu Yorkda yaşayan insanlar il boyu dağlarda velosiped sürüb, kamplar keçirtmək, qış aylarında isə snoubord, xizək sürmək üçün Katskil-ə üz tutur.