Broun universitetinin hesabatında bildirilir ki, Amerikanın İraq və Əfqanıstan müharibələri və Pakistandakı əməliyyatları Amerikaya 3.7 trillion dollara başa gələcək. Hesabatda məsrəflərin Barak Obamanın təxminlərindən 3 dəfə artıq olduğu bildirilir. ABŞ prezidenti müharibələrin Amerikaya bir trillion dollara başa gələcəyini demişdi. Broun universitetinin hesabatında bildirilir ki, 2020-ci ilədək bir trillion borc faizləri ödəniləcək. Məsrəflərə yaralı veteranların müalicəsi də daxildir.