Amerikanın əmək bazarında vəziyyət bir qədər yaxşılaşıb

  • Amerikanın səsi

Бен Бернанке

Ötən həftə Amerikanın əmək bazarında vəziyyət bir qədər yaxşılaşıb. Daha az amerikalının işsizlik təzminatına müraciət etdiyi qeydə alınıb. Əmək nazirliyinin hesabatına görə, yeni müraciətlərin sayı 9 min ədəd azalaraq, 397 minə enib. Lakin iqtisadçılar işsizlik səviyyəsinin 9.1 faiz olaraq qalacağını proqnozlaşdırır. Ekspertlər bundan əlavə ABŞ iqtisadiyyatında 95 min yeni iş yerinin açılacağını təxmin edir.
ABŞ-ın Mərkəzi Bankının direktoru Ben Bernanke əmək bazarında inkişaflar müşahidə edildiyini desə də, onların təəssüfdoğurucu templə irəlilədiyini deyib.