Amerikanın Las Veqas şəhərində Titanik sərgisi açılıb (Video)

  • Nərminə Cəlalqızı

Amerikanın Las Veqas şəhərində Titanik sərgisi açılıb (Video)

Sərgidə 1985-ci ildə okeanın dərinliklərindən aşkar edilən 300-dən çox eksponat nümayiş etdirilir

1912-ci ildə ilk səfəri zamanı aysberqə dəyərək batan Titanik gəmisinin 1 500 şərnişini həlak olmuşdu. Luksor mehmanxanasına, sərgiyə tamaşa etməyə gələn hər kəsə Titanik gəmisində olan sərnişinlərin əsl adları yazılmış keçid talonu verilir. Həmin keçid talonları ilə tamaşaçılar 1912-ci il aprelin 12-də olduğu kimi sanki gəmiyə daxil olurlar. Onlar bəzədilməmiş, mebellə bəzədilmiş birinci dərəcəli kayutalardan əvvəl seyrçilər sadə üçüncü dərəcəli bölmədən keçirlər.

Burada 1985-ci ildə okeanın dərinliklərindən aşkar edilən 300-dən çox eksponat var. Zərgərlik məmulatları, şəxsi əşyalar və qab-qacaq. Erik Barr müzeyə tamaşaya gəlib. “Buradakı əşyalar adamı gəmidə baş verənlərə yaxınlaşdırır. Sən özünü orada, sərnişinlərin arasında hiss edirsən” – deyə, o bildirir.

Sərgidə əsasən insanların diqqətini “Titanik” filmində gördüyümüz pillələr cəlb edir. İngiltərədən Lori Meydment xüsusilə birinci dərəcəli hissədki pillələrin gözəl bir səhnə olduğunu deyir. “Bir anlıq filmdə olduğu kimi, Rozun həmin pillələrdən aşağı endiyini təsəvvür edin, bu doğrudan da inanılmazdır.”

Sərgi üzrə mütəxəssis Rendi Deyl gəminin tapılan bir parçasının çox maraqlı olduğunu deyir. - “Bu, dünyada ən böyük tapıntıdır. Bu, Titanikdən aşkar edilən ən böyük parçadır ki, 15 ton ağırlıq və 8 metr enə malikdir. Bu bütün otağı tutub və sən bu otağa gələndə gəmi barədə təssəvürünüz olur.”

Burada tamaşaçılara aysberqə əl dəyib, suyun nə dərəcədə soyuq olduğu nümayiş etdirilir. Bu emosional sərgi sərnişinlərin taleyi barədə məlumat toplandığı yerdə sona çatır.

Las Veqas şəhərindəki bu sərgi 2018-ci ilədək davam edəcək.