3 illik təmirdən sonra Vaşinqtonun sütunu hesab edilən abidə yenidən açılıb
ABŞ paytaxtı Vaşinqton şəhərində baş vermiş nadir zəlzələ səbəbilə 3 ildir təmirə bağlı olan Vaşinqton Monumenti bu həftənin əvvəli yenidən açılıb. Çoxlarının “Qələm” kimi tanıdığı abidə 3 ildir ki taxtabəndlərlə əhatəyə alınaraq təmirə bağlı idi. Yerli sakinlər zarafatla Vaşinqton Monumentinin 3 ildir həbsdə olduğunu deyirdilər. Ancaq artıq təmir başa çatıb və Amerikanın demokratiya simvolu azaddır.
Bu, Amerikanın ən çox tanınan abidəsi üçün yeni başlanğıcdır. Ağ Evin müşaviri Con Podesta deyir ki, Vaşinqton Abidəsinin fəaliyyətini bərpa etməsini görmək çox gözəldir: “Əlbəttə, biz buraya ölkənin simvolu olan abidələrdən birinin açılışını qeyd etməyə toplaşmışıq. Bu, Milli Parkın sütunu, Vaşinqton şəhərinin arxitekturasının möhürüdür".
Göylərə ucalan bu monument də daxil olmaqla, mərmər daşlarla bəzədilmiş memarlıq abidələri Vaşinqton şəhərinə fantiztik görünüş bəxş edir.
ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun xatirəsini yad edən Vaşinqton abidəsinin inşasına 1848-ci ildə başlasa da, 1854-1877-ci illər arasında inşa işləri təxirə salınıb. Tikinti 130 il əvvəl 1884-cü ildə başa çatıb.
Maraqlıdır ki, abidənin inşası zamanı Osmanlı sultanı Sultan Əbdül-Məcid də abidəyə hədiyyə göndərib. Mərmər lövhə indiyədək abidənin 17-ci mərtəbəsində saxlanır.
2011-ci ilin avqustunda Vaşinqton ərazisində baş verən nadir 5.8 bal gücündə zəlzələ abidəni zədələmişdi. 6 min daş yoxlanışdan keçirilib və hətta onlardan bəziləri abidədən qoparaq yerə düşmüşdü. Daha sonra təmir zamanı abidənin ətrafında taxtabənd quraşdırılıb. Earthcam-in time-lapse videosu bunu daha aydın göstərir.
15 milyon dollara başa gələn təmir zaman 150-dən çox çat bərpa edilib. Layihə meneceri Bob Kolli deyir ki, abidəni inşa edənlərin sayəsində tarixi abidə o qədər də böyük zədə almayıb.
“Gələcək zəlzələlərin monumentə necə təsir edə biləcəyini təxmin edə bilmərik, ancaq son təcrübəmizə görə, 2011-ci ildəki yeraltı təkanda abidə yaxşı nəticə göstərdi. Bu layihənin bir hissəsi kimi bəzi yerlərdə qoruyucular yerləşdirilib” -deyə layihə meneceri bildirir.
Müşahidə ərazisindəki yeni sərgi müasir təmir və tarixi faktlardan maraqlı məqamları işıqlandırır.
Monumentə nəzarət edən Milli Park Xidmətinin rəhbəri Bob Voqel deyir ki, bu, azadlığın simvoludur: “Demokratiyanın, Amerika Birləşmiş Ştatlarının simvoludur və ona görə də hamının abidəyə olan sevgisi tükənməzdir.”
169 metr hündürlüyə malik Vaşinqton Monumenti dünyanın ən hündür daş abidəsidir.