Amerikana proqramında bu dəfəki səfərimiz paytaxt Vaşinqtondan 3 saat şərqə Atlantik Okean sahillərinə: Ocean City – Okean şəhərinədir.
Regionun mərkəzi kurort şəhəri olan Ocean City okeanla qitə arasında sərhəd adadır.
Marilend ştatının Delavar ştatı ilə sərhədində olan bu kurort şəhərinin cəmi 7 min daimi sakini var. Ancaq yay aylarında təkcə həftəsonları buranı 400 min çox insan ziyarət edir.
İl ərzində isə 8 milyona yaxın turist Ocean City-də qonaq olur.
Çimərliyə açılan taxta cıxırlar Ocean City-dən olan müharibə veteranlarının adını daşıyır.
Burada istirahət yalnız çimərliklə məhdudlaşmır, axşam saat 6-dan sonra demək olar ki, hamı boardwalk-da olur.
Bir əsrdən çoxdur mövcud olan bu boardwalk Amerikanın ən populyar dənizkənarı gəzinti zolaqlarındandır. Zolağın uzunluğu təxminən 4 kilometrdir və burada istədiyiniz əyləncəyə rast gələ bilərsən.
Burada mağaza və restoranlar gecəyarıyadək açıqdır. Əyləncəni istədiyin vaxtadək davam etdirə bilərsən.
p.s. Amerikana proqramının Facebook səhifəsini buradan izləyin: https://www.facebook.com/amerikanaproqrami
YouTube playlisti: https://www.youtube.com/playlist?list=PLhx5NI6dd9bpHGWFM6m_iWnRB-tnd7Lb-