Amerikalılar terror hücumlarının dəhşətini xatırlayır

  • Əsgər Möhsümoğlu

Amerikalılar terror hücumlarının dəhşətini xatırlayır

“Evimizi titrədən uca səsli partlayış eşitdim və hiss etdim. Pəncərədən baxanda şərqdəki təpəliyin civarında nəhəng qara tüstü gördüm… Həmin vaxtı bilmirdim ki, bu, təyyarədir. Bunu mən 45 dəqiqə sonra öyrəndim.”

2001-ci il 11 sentyabr terror hücumlarından on il ötüb. Amma bir çoxları üçün həmin məşum günün xatirələri hələ də güclü emosiya doğurur.

Əkiz Qüllələrdən cəmi bir neçə kilometr məsafədə yaşayan Tamra Heyden hər gün işə gedərkən yanğınsöndürən stansiyanın yanı ilə keçər, üzügülər yanğınsöndürənlər ona əl yelləyərdilər.

Heyden 11 sentyabrda təyyarələrin vurduğu qüllələrə tələsən yanğınsöndürənlər arasında məhəllələrindəki briqada üzvlərinin əraziyə çatan ilk yardımçılar olduğunu deyir: “Ən pisi də elə o idi. Bütün o stansiyasnın üzvləri tələf oldular, bircə adamdan başqa. Həmin gün növbədə deyildi.”

Amerikalılar terror hücumlarının dəhşətini xatırlayır

Tamra Heyden binaların vurulmasından yaşayan vəhşəti belə xatırlayır: “Mən buna inana bilmirdim. Bunlar elə nəhəng binalardır. Çox qəribə bir hiss var idi. Mən buna inana bilmirdim. Yerimdəcə donub qalmışdım. Vurulmuş binalara baxdqıca sözün əsil mənasında 12 saat ayaq üstə dayandım.”

Tamra Heyden terror hücumlarından düz bir həftə öncə, sentyabrın 4-də, əri ilə birlikdə Əkiz Qüllələrin müşahidə salonuna çıxdığını deyir. Televiziya ekranlarında milyonların baxdığı qüllələr onun üçün doğma bir məkan idi.

Heyden hücumlardan dərhal sonra onun yaşadığı icmada dərin qəzəb hissi yaşanıldığını deyir: “Mən həmişə sülh tərəfdarı olmuşam. Amma insanlar o qədər qəzəbli idilər. Onlar qisas hissi ilə dolmuşdular. Mən fikirləşdim ki, emosiyalara nəzarəti ələ almaq lazımdır.”

Oxşar emosiyalar Nyu Yorkdan xeyli uzaqda, kiçik Shanksville qəsəbəsində yaşanırdı. Həmin gün Əl Qaida terrorçularının girov götürdüyü dörd təyyarədən biri, içərisində 40 sərnişinin olduğu United 93 reysli təyyarə Pennsivlaniya ştatının qərbində yerə çırpıldı.

Amerikalılar terror hücumlarının dəhşətini xatırlayır

“Düz xətlə bizim evdən zərbə məkanına yarım mil məsafə…”

Kris Brant cəmi 17 gün öncə gözəl mənzərəli dağlıq ərazidə yeni evə köçmüşdü. İki usta evdə təmir işləri aparırdı. Televizorda isə Nyu Yorkda baş verənləri göstərirdilər. Kris telefonda Pitsburqdakı dostu ilə baş verənləri müzakirə edirdi. Bu zaman…

“Evimizi titrədən uca səsli partlayış eşitdim və hiss etdim. Pəncərədən baxanda şərqdəki təpəliyin civarında nəhəng qara tüstü gördüm… Həmin vaxtı bilmirdim ki, bu, təyyarədir. Bunu mən 45 dəqiqə sonra öyrəndim.”

Pennsivlaniya ştatının Somerset Qraflığında yerləşən Şənksvill qəsəbəsinin cəmi 245 sakini var. Pitsburqdan təqribən 100 kilometr cənub-şərqdə yerləşən bu ucqar qəsəbəni terror hücumları tarixə həkk edib.

Şənksvil qəsəbəsində terror qurbanlarına xatirə abidəsi ucaldılıb. Təyyarənin dəydiyi məkan yerli sakinlər arasında “müqəddəs torpaq” kimi tanınır.

“Yerli icma sakinləri bu tarixi rolu şərəfləndirirlər. Kənd mentaliteti belədir ki, insan qonşusuna yardım etməlidir.

Bir çox baxımdan bu olay icmanı dəyişdirib. Amma eyni zamnda icma öz ampulasında qalır: sakit bir qəsəbədir, intəhası 11 sentyabrın ildönümündə bura gələn müsafirlərin sayı artır.”

Deyilənə görə United 93 reysli təyyarənin sərnişinləri qaçırılmış təyyarənin Kapitoli və ya Ağ Evə istiqamət aldığını öyrəndikdən sonra girovdarlara hücum edirlər. Sərnişinlərlə dörd girovdar arasında başlanan əlbəyaxa təyyarə kabinəsində xaosa yol açır. Nəticədə Şənksvill qəsəbəsi təyyarədəkilərin sonuncu mənzilinə çevrilir.

“Adam icmanın və millətin bir araya gələrək həmin gündə baş verənləri izzətlə anması ilə fəxr edir.”

Terror hücumlarının 10-cu ildönümündə Kris Brant-in emosiyalarını milyonalara amerikalı bölüşür.