Amerikada yaşayan iranlı mədəniyyətlər arasında körpü yaratmaq istədiyini deyir (Video)

  • Amerikanın səsi

Texas ştatının paytaxtı Austin “Dünyanın canlı müsiqi paytaxtı” kimi tanınır. 1970-ci illərdə Rok-n-Rol və xalq müsiqisi ifacıları Austində birləşdi. Austin Birləşmiş Ştatların sürətlə böyüyən və dünya musiqisini bir araya gətirən şəhərdir.

Fərid Şafinuri Austindəki evində İran aləti, sitar çalır. İranlılar bu musiqini sevir. Lakin Şafinuri bunun başqalarına qeyri-adi göründüyünü deyir. “Amerikalılır bunun qeyri-adı, sehirli və ekzotik olduğunu desələrdə, zövq də alırlar.”

Austində hava yaxşı olanda Şafinuri hovuzun kənarında dostları üçün musiqi ifa edir. Austin sakini Leksi bunun həm şən, həm də qəmli olduğunu, lakin bu musiqini sevdiyini deyir. Vesli isə bu musiqinin çox təsirli olduğunu deyir.

Şon Beyli yerli rok və bluz musiqisi qrupunun üzvüdür. O, İran musiqisini də ifa etmək istədiyini deyir. “Mən hər növ musiqini dinləməyi sevirəm və qulaq asdığım musiqini ifa etməyə çalışıram.”

Fərid Şafinuri Texasda anadan olub və boya-başa çatıb. Onun valideynləri İran mühacirləridir. Fərid klassik İran musiqisindən tutmuş Meksika rok musiqisinə evlərində qulaq asıb. “Mən bilmirəm, iranlıyam, amerikalıyam, meksikalıyam yoxsa texaslıyam. Mən haralı olduğumu bilmirəm.” deyə, Fərid bildirir.

O, müxtəlif janrlarda musiqi ifa etdiyini deyir. Amma İran təranələri onun əsasını təşkil edir. Fərid İran musiqisinin improvizasiya imkanlarının geniş olduğunu deyir. “Bu əslində caz musiqisi kimidir. İran musiqisi şkalaya malikdir. Hər bir parametrin özündə mxtəlif melodik çalarları var. Hər bir çalardan yeni bir melodiya yaratmaq mümkündür."

Fərid Şafinuri iranlılar və amerikalılardan ibarət “Tehranasours” musiqi qrupunu təşkil etməklə, mədəniyyələr arasında körpü yaratmaq istədiyini deyir. Bu ay Fərid Şafinuri "Tehranasours” qrupu ilə birlikdə San-Fransisko şəhərində konsert proqramı ilə şıxış edəcək.