Rizvan Firdovsi Pentagon və Kapitoliya hücum hazırladığını etiraf edib

26 yaşlı gənc Boston Universitetindən fizika üzrə dərəcə alıb
Amerika vətəndaşlığına malik gənc uzaqdan idarə edilən cihazla uçurulan model təyyarəni partlayıcı maddələrlə doldurub Kapitoli və Pentaqonun binasına vurmaq planı qurduğunu etiraf etməyə razılaşıb.

Ədliyyə Nazirliyinin bəyənatında bildirilir ki, 26 yaşlı Rizvan Firdovsi federal binanın zədələnməsi və məhv edilməsinə cəhd və terroristlərə maddi dəstək maddələrini qəbul edib. Bunun qarşılığında hökumət yerdə qalan dörd ittihamı ləğv edəcək.

Razılıq çərşənbə axşamı ABŞ-ın şimal-şərqində yerləşən Boston şəhərindəki federal məhkəmədə əldə olunub. Razılığın bir hissəsi kimi, prokurorlar və müdafiə vəkilləri məhkəmədən müttəhim üçün 17 il azadlıqdan məhrum etmə cəzası istəyirlər.

Bostonun Northeastern Universitetinin fizika fakultəsini bitirən amerikalı müsəlman Firdovsi keçən ilin sentyabr ayında Federal Təhqiqat Bürosunun əməkdaşları tərəfindən həbs olunub. O, Əl-Qaidə üzvü kimi təqdim olunan xüsusi gizli agentlərdən partlayıcılar və silah almaq istəyərkən və qəbul edərkən həbs olunub. Təhqiqatçılar ictimaiyyətin bu partlayıcılardan heç vaxt təhlükədə olmadığını deyirlər.

Rəsmilərin dediyinə görə Firdovsi hələ 2010-cu ilin əvvəlindən Birləşmiş Ştatlara qarşı “cihad” və ya müqəddəs müharibə planlaşdırmağa başlayıb. Onların bildirdiyinə görə o böyük psixoloji təsir altında “Allahın düşmənləri” adlandırdığı amerikalıları, o cümlədən qadınlar və uşaqları öldürmək istəyib.