Amerikada işsizlik təzminatına müraciət edənlərin sayı son üç ayda yüksək olub

  • Amerikanın səsi

Amerikada işsizlik təzminatına müraciət edənlərin sayı son üç ayda yüksək olub. Əmək Nazirliyinin hesabatına görə, keçən həftə ərzində 388 min nəfər kompensasiya üçün müraciət edib. Bu isə daha əvvəlki həftə iləmüqayisədə cüzi fərqlə azalma deməkdir. İşsizlik təzminatına müraciət edənlərin sayı 2011-ci ilin ortalarından bəri enməyə başlayıb. İqtisadçılar bu göstəricilərin sağlam bazara işarə olduğunu deyir. Lakin hələ də milyonlarla insan işsizdir. Hazırda işsizlərin sayı 8.2 faiz təşkil edir.