Amerikada son 4 ayda işsizlik imtiyazları üçün müraciət edənlərin sayı azalıb. Bu, şirkətlərin işçiləri daha az ixtisar etdiyinə işarədir. ABŞ hökumətinin hesabatında deyilir ki, ötən həftə 395 min işsiz təzminat üçün müraciət edib. Bu, bir həftə əvvəllə müqayisədə 7 min az adam deməkdir. Aprel ayından bəri bu, ən aşağı göstəricidir. ABŞ-da hazırda 14 milyon insan işsizdir. Onlardan 7.4 milyonu hökumətdən yardım alır.