ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilk rəsmi qəbul keçirib. O çıxışında Amerika-Azərbaycan əlaqələrindən danışıb.
Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ilk rəsmi qəbul keçirib. Qəbulda Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, siyasi partiya rəhbərləri, dini konfesiya başçıları, vətəndaş cəmiyyətlərinin təmsilçiləri, Azərbaycanda akkreditə olunmuş diplomatlar iştirak edib.
Tədbir iştirakçıları ilk öncə Liviyanın Benqazi şəhərində həlak olmuş ABŞ səfirliyinin 4 əməkdaşının xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Səfir Morninqstar bu məsələdə ABŞ-a göstərdiyi dəstəyə görə Azərbaycana və digər ölkələrə təşəkkürünü bildirib.
Cənab Morninqstar Azərbaycan ilə ABŞ arasında əlaqələrin güclü və çoxşaxəli olduğunu xatırladıb.
“Amerikalılar və azərbaycanlılar ikitərəfli əlaqələrimizin üç istiqamətində, - təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində hər gün əməkdaşlıq edir. Azərbaycan ilə ABŞ nəinki regionda, bütün dünya üzrə sabitlik və təhlükəsizliyin təşviqi üçün birgə fəaliyyətini davam etdirməlidir. ABŞ Azərbaycanın BMT Təhlükəsizlik Şurasında oynadığı rolu çox yüksək qiymətləndirir. Azərbaycan hərbiçiləri Amerika qoşunları ilə birgə əvvəllər Kosovo və İraqda, indi isə Əfqanıstanda çiyin-çiyinə xidmət göstərir”.
Səfir bildirib ki, Azərbaycan Əfqanıstandakı beynəlxalq təhlükəsizlik səylərinə qoşunların və qeyri-hərbi yüklərin nəqli üzrə çox mühüm dəstək göstərir.
“
Həmçinin biz, birgə çalışmalıyıq ki, hamının marağında olan Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olaq. Bizim enerji sahəsindəki əməkdaşlığımız da regional sabitliyə töhfə verir”, - deyə o, Ermənistan-Azərbaycan münaqişəsi barədə fikrini açıqlayıb.
Cənab Morninqstar deyib ki, ABŞ Azərbaycanın enerji sektorunun güclənməsində və burada hasil olunan resursların Avropaya və dünya bazarına çıxarılmasında güclü dəstəyini davam etdirir.
“Amerika hökuməti indi də Azərbaycanın öz zəngin qaz resurslarını hasil etməkdə və qərb istiqamətində ixrac etməkdə köməyini göstərir. Burada məqsəd, yalnız Avropanın enerji təhlükəsizliyini təmin etmək deyil, eyni zamanda Azərbaycanın gələcək tərəqqisini və suverenliyini də təmin etməkdir”, o qeyd edib.
Səfirin fikrincə, hər iki ölkə səylə birgə çalışmalıdır ki, Azərbaycan iqtisadiyyatının qeyri-enerji sektorunun da inkişafına nail ola bilsin.
“Çünki, yalnız iqtisadiyyatın şaxələndirilməsi yolu ilə iqtisadiyyatın inkişafına nail ola bilərik”.
Amerika hesab edir və inanır ki, Azərbaycanın sabitliyinin və tərəqqisinin təminatı davamlı daxili və iqtisadi islahatlar vasitəsi ilə mümkündür.
“Amerika dövlət katibi bir neçə ay öncə Azərbaycana səfəri zamanı bəyan etdiyi kimi, ABŞ-ın ən yaxşı əlaqələri o demokratik ölkələrlədir ki, onlar öz vətəndaşlarının geniş insan hüquqlarına hörmət edir. Biz Azərbaycanın özünün də marağında olan qanunun aliliyi, əsas azadlıqların təmin olunması, fəal vətəndaş cəmiyyəti, özəl sektor, sahibkarlığın inkişafı və Azərbaycanın qeyri-adi potensialının tam gerçəkləşdirilməsi üçün zəruri olan digər amil və faktorların təmin olunması istiqamətində birgə fəaliyyətimizi səbirsizliklə gözləyirik”, - deyə səfir Morninqstar bəyan edib.