Azərbaycanda Amerika Ticarət Missiyası formalaşır

Amerika-Azərbaycan Ticarət Palatası (USAAC) və ABŞ Ticarət Xidməti Azərbaycanda Amerika Ticarət Missiyasının formalaşmasını başa çatdırıb. Trend xəbər verir ki, bu barədə USAAC-ın yaydığı məlumatda deyilir.

Missiya Amcham (Türkiyə), Amcham (Azərbaycan), Azpromo və Park High-Tech təşkilatçılığı ilə bu ilin 18-20 noyabrında Bakıda baş tutacaq.

15 amerika şirkətlərinin, o cümlədən ABŞ Ticarət Nazirliyinin məmurları və digər yüksək vəzifəli şəxslər ticarət və biznes imkanlarının öyrənilməsi və genişləndirilməsi üçün Bakıya gələcək.

Ticarət missiyası Azərbaycana yeni investisiyalar cəlb etmək üçün nəzərdə tutulub.