Amerika yaşlanır

Amerikada 2030-cu ildə İkinci Dünya Müharibəsindən sonra, yəni 1946-1964-cü illər arasında dünyaya gələnlərin yaşı 65-i ötəcək. Bu isə hər 5 nəfərdən 1-nin pensiya yaşında olacağı deməkdir.

ABŞ-da 65 və bu yaşdan yuxarı insanlar ümumi əhali və 65 yaşından aşağı insanlar arasında ən çox artan nəsildir.

Florida, Mayami və Qərbi Virciniya ştatlarında hər nəfərdən 1-i 65 yaşından yuxarıdır.

Ağsaçlıların artımı ahıl nəslin uzunömürlülüyü və doğum səviyyəsinin azalması ilə izah edilir.

Bu fenomen yalnız Amerika deyil, bütün dünyada müşahidə edilir.

Yaşlı nəslin əksəriyyətini qeyri-latın ağlar təşkil edir. 85 yaşdan yuxarı ümumi əhalinin 85 faizi ağdır.

Ümumilikdə Amerika əhalisinin 61 faizini ağlar təşkil edir.

Yaşlı nəslin 80 faizi kompüterli evlərdə yaşayır. Onların 75 faizinin internetə çıxışı var.

65 və 74 yaşlı insanların əksəriyyəti kompüterə və internətə çıxışa malikdir.

Yaşlılar arasında işləyənlərin sayı da artır. 65-lə 74 yaş arasında kişilərin 30, qadınların isə 22 faizi hələ də işləyir.