Amerikalılar yaşlanır, ailələrin üzvlərinin sayı azalır. Bu isə gələcəkdə işçi qüvvəsinin azalması deməkdir.
2030-cu ilədək Amerika əhalisinin 20 faizi 65 yaşdan yuxarı olacaq. 2013-cü ildə bu göstərici 13, 1970-ci ildə 10 faiz təşkil edirdi.
Bir sıra araşdırmalardan məlum olub ki, amerikalıların yaşlı sinfi iqtisadi inkişafı zəiflətməklə yanaşı, işlədikləri yerlərdə daha az produktivdir.
Eyni zamanda ABŞ-da doğum səviyyəsi ötən il son 32 ildə ən aşağı səviyyəyə enib. 2018-ci ildə doğulanların sayı əvvəlki illə müqayisədə 2 faiz azalaraq, 3.8 milyon təşkil edib.
2018-ci ildə əhali artımı 0.6 faiz olub. 1990-ci illərdə bu göstərici 1.2 faiz idi.
Ekspertlər hesab edir ki, bu, iqtisadiyyatdan kənar uzun müddət üçün pis göstərici deyil. Belə ki, əhali artımı ilə planetə dəyən ziyan da artır.
Onlar hesab edir ki, siyasətçilər içşi qüvvəsinin azalmasına dair gözlənti planları hazırlamalıdır.
İşçi qüvvəsinin azalması robotlar və süni intellekdən istifadəni gücləndirə bilər.
Analitiklərin fikrincə, Amerika iqtisadi artımın azalmasına hazır olmalıdır.
İşçi qüvvəsi itkisinə qanuni mühacirətin azaldılmasındansa, artırılması mane ola bilər.
Lakin digər bir narahatlıq mövzusu siyasətdir. Belə ki, əhali yaşlandıqca, siyasi system də cavanlaşacaq. Bu isə siyasi sistemin daha səriştəsiz olması deməkdir.