ABŞ-da yüksək temperatur rekord həddə çatıb

ABŞın Sakin okeanı bölgəsinin simal-qərbində rekord səviyyədə yüksək temperatur qeydə alınıb.

Oreqonun ən böyük şəhəri Portlandda temperatur selsi ilə 42.2 dərəcəyə yüksəlib. Vaşinqton və Oreqon ştatları rekord temperatur qeydə alınan səkkiz şəhər arasındadır.

Vaşiqnton ştatının Sietl şəhərində temperatur şənbə günü selsi ilə 37.8 dərəcəyə çatıb, Şəhər tarixində dördüncü dəfə istilik bu qədər yüksək olub. Nadir hallarda ehtiyac duyduğu üçün bir çox insanın kondisioner olmadan yaşadığı bu bölgədə potensial təhlükəli vəziyyət yaranıb.

Bazar günü də istiliklərin normal səviyyələrdən əhəmiyyətli dərəcədə yüksək olacaq. Hava şəraitinin gələn həftəyə qədər davam edəcəyi gözlənilir.

Vaşinqton və Oreqon ştatlarında soyutma mərkəzləri, hovuzlar, kinoteatrlar və ticarət mərkəzlərində COVID-19 məhdudiyyətlərini ləğv edilib.

Portlandda Oreqon Konqres Mərkəzi soyutma mərkəzi kimi açıqdır.

Bir çox mağaza bütün kondisionerlərini və ventilyatolarını satıb.