Pew araşdırma mərkəzinin ictimai rəy sorğusuna görə, amerikalıların əksəriyyəti xəbərləri sosial şəbəkələrdən alır.
Respondentlərin 62 faizi Facebook, Reddit və Twitter kimi şəbəkələrdən istifadə etdiklərini bildirib. 4 il əvvəl mərkəzin keçirdiyi sorğuda bu saytlardan istifadə edənlər 49 faiz təşkil edirdi.
Araşdırmaçılar ən populyar saytın Facebook olduğunu deyir. Bu şəbəkənin istifadəçilərinin 66 faizi dostlarının paylaşdığı xəbərləri məhz Facebook-dan aldıqlarını bildirib. Twitter şəbəsində bu göstərici 59 faiz təşkil edir.
İstifadəçilərin 60 faizi 1, 26 faizi 2, 10 faizi isə 3 və ya daha çox sayta müraciət edir.
Araşdrmaçılar maraqlı bir faktı da aşkar ediblər ki, bu da hər sayta marağın demoqrafik qruplar arasında fərqli olduğudur.
LinkеdIn-dən daha çox kollec məzunları, Facebook-dan isə əsasən qadınlar istifadə edir. Instagram-da isə etnik azlıqlar üstünlük təşkil edir.
Araşdırmalarda 9 şəbəkə-Reddit, Facebook, Twitter, Tumblr, Instagram, YouTube, LinkedIn, Snapchat və Vine nəzərdə tutulub.