İnsan hüquqlarının müdafiəsi qrupu və Rusiya hüquqşünasları Amerikanın sabiq kəşfiyyat kontraktoru Edvard Snoudenlə görüş keçirib. Snouden artıq 3 həftədir ki, Moskva hava limanındadır.
Görüşdən sonra WikiLeaks yaydığı bəyanatda Snoudenin təhlükəsiz şəkildə Latın Amerikasına yola düşənədək Rusiyada qalacağını bildirib.
Venesuela, Boliviya və Nikaraqua Snoudenə sığınacaq təklif edib. Lakin pasportunun Amerika tərəfindən ləğv edilməsi onun Rusiyada ilişib qalmasına səbəb olub.
Amnesty Internationalın Rusiya ofisinin rəhbəri Sergei Nikitin elektron poçtu vasitəsi ilə görüşə dəvət aldığını bildirib.
Rusiyanın xəbər agentlikləri Human Rights Watch vəTransparency International təşkilatlarının da görüşə dəvət edildiyi barədə məlumat yayıb.
Görüş bu gün transit zonada baş tutub.
30 yaşlı Snouden ABŞ-ın məxfi kəşfiyyat proqramı haqda məlumatların sızdırılmasında ittiham edilir. Amerika onun casusluq ittihamı ilə ekstradisiyasını tələb edir.