Amerika siyasətində Trampın növbəti rolu nə ola bilər?

Your browser doesn’t support HTML5

Tramp Plaza Otel və Kasino binası çərşənbə axşamı tamamı ilə sökülüb. Bu, Atlantic City şəhərində də bir vaxtlar dominant kazinoların son qalıqları idi.

Lakin keçmiş prezident siyasi adından əl çəkmir. Belə ki, o çərşənbə axşamı Senatda Respublikaçıların lideri, 6 yanvar tarixində "Prezident Tramp hücuma təhrik etməkdə praktiki və mənəvi olaraq məsuliyyət daşıyır" deyərək ABŞ Kapitolisinə hücumu pisləyən Miç Makkonel sərt tənqidlər yağdırıb.

Öz açıqlamasında Tramp bildirib ki, Makkoneli dəstəkləyən Respublikaçı senatorlar bir daha seçkini qazanmayacaqlar.

O, sağ qanadı təmsil edənləri partiyadakı rəsmilərə qarşı çıxmamadıqlarına görə təhdid edib.
Trampın məsləhətçisi Jason Miller "Əsas məqsəd Trampa səs verən 75 milyon insanı əmin etmək idi ki, prezident hələ də aktiv olaraq ABŞ siyasəti ilə məşğul olacaq və "Amerika Birincidir" strategiyasını dəstəkləyən namizədlərə təziqini davam etdirəcək".

İmpiçment məhkəməsi zamanı Trampın günhakar olmasının lehinə səs verən yeddi respublikaçı tənqidlərl və hətta partiya daxilində Trampdan ayrılmaq isiəməyən Respublikaçılar tərəfindən gələn qınaqlarla üzləşir.


Respublikaçılar partitasının Hesabatlılığı Layihəsi Müdiri Olivia Troye bildirir ki, "Respublikaçılar partsiyası Trampın partiyasıdır. Və təəssüf ki, partiyada prinsipial mülayim konservativlər, mərkəz sağçı insanlarda var, Siyasi cəhətən özümü onlardan biri kimi hiss edirəm. Və bu da bir növ mənə özümü evsiz hiss etməyimə səbəb olur".

Nümayəndələr Palatası 11 sentyabr 2001 terror hücumlarını araşdıran komissiyaya bənzər müstəqil bir komissiya qurmağı planlaşdırdığı üçün Trampın Kapitoliyə hücüm böyük ehtimalla hələ də diqqət mərkəzində qalacaq. 9/11 komissiyasının keçmiş sədri Tomas Kean 6 yanvar hadisəsinin araşdırılması üçün iki partiyanın da iştirak etdiyi müştərək komossiya qurulmasına çağırır.


Thomas Keanın sözlərinə görə "Bu prezident Trampı günahlandırmaq üçün qurulan komissiya deyil. Bu, sübutları araşdıran komissiyadır".

Bu yaxınlarda keçirilən rəy sorğusu göstərir ki, Respublikaçıların 75% -i keçmiş prezidentin partiya daxilində böyük rol oynamasını istəyir.


Kapitoli qiyamındakı rolu, seçkilərə müdaxiləsi, vergi və sığorta saxtakarlığına dair şübhələr üzərindəki hüquqi problemlərlə əlaqədar cinayət araşdırmaları keçmiş prezidentin siyasətdəki gələcək rolunu müəyyənləşdirə bilər.