2018-ci ildə Birləşmiş Ştatlarda silahlı zorakılıqlar keçən illə müqayisədə nisbətən az olub. Silahlı hücum hallarını izləyən qeyri-hökumət təşkilatının birdirdiyinə görə, 50 min silahlı insidentdən 13 mindən çoxu ölümlə nəticələnib.
Sinif otaqlarından tutmuş mətbuat agentlikləri və kafelərə qədər - 2018-ci ildə Birləşmiş Ştatlarda demək olar ki, bir çox yerdə silahlı hücum olub.
2018-ci il fevralın 14-ü Florida ştatının Parklend şəhərinin “Marcori Stonmen Duqlas” məktəbində silahlı hücum 2012-ci ildən bəri ölənlərin sayının ən çox olduğu hücum idi.
Brovard dairəsinin polis rəisi Skot İsrailin dediyinə görə, məktəbə hücum edən şəxsdə AR-15 silahı və bir neçə daraq olub. Hadisə nəticəsində 17 nəfərin ölümü məktəblilərin təşəbbüsü ilə ölkə səviyyəsində silahlara nəzarət hərəkatının başlamasına səbəb oldu.
Bundan 3 ay sonra isə daha bir hücum baş verdi. Texas ştatının Santa Fe şəhərindəki məktəbə hücum zamanı 10 nəfər öldü. Məktəbə hücum edən Dimitrius Paqurtis “Remington-870” silahından və 38 çaplı tapançadan istifadə etmişdi.
Bu ilin iyun ayında 38 yaşlı Cared Ramos Merilend ştatının Annapolis şəhərindəki “Capital Gazette” nəşriyyatına daxil olaraq, 5 nəfəri qətlə yetirdi.
Oktyabr ayında Pittsburq şəhərinin sinaqoquna hücum 11 nəfərin həyatına son qoydu. “Silahla nifrət bir araya gələndə yaxşı nəticə vermir” deyə, səhər sakini bildirir.
Qurbanlardan ən yaşlısının 97 yaşı var idi. Pitsburq rəsmiləri 46 yaşlı qatil Robet Boversin atəş açmazdan əvvəl anti-semit hədələr yağdırdığını deyib. Hücumdan sonra şəhər sakinləri bir araya gəldi. Pitsburq sakini Sindi Cennings: “Mən bunların bizim ölkəmizdə baş verdiyinə inana bilmirəm.”
Noyabr ayında daha bir hücum – Kaliforniya ştatının Thousand Oaks şəhərindəki bara edilən hücum polis şerifi də daxil edilməklə, 13 nəfərin ölümü ilə nəticələndi.
Həmin gün öldürülənlərdən biri də Suzan Şmidt-Orfanosun oğlu idi. Onun oğlu keçən il Las-Veqasda silahlı hücumda sağ qalmışdı, lakin bu ilki hücum onun həyatına son qoydu. “Mənim oğlum Veqasda idi. O dəfə o, evə gayıtdı. Lakin noyabrın 7-də o geri dönmədi.”
Birləşmiş Ştatlarda silahlı hücumların sayını qeydə alan qeyri-hökumət “Gun Violence Archive” təşkilatı bu il ölkədə təqribən 330 kütləvi atışmanın oldugunu bildirir. Bunlar bir silahlı insident zamanı hücumçu daxil edilməyərək, dörd və daha çox adamın öldüyü hücumlardır.