Amerika səfirliyi jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayır

Amerika səfirliyi jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayır

Amerika səfirliyi hesab edir ki, prezident Əliyevin cənab Fətullayevi azad etmək qərarı demokratik islahatlarda gələcək irəliləyişlərə ümid verən pozitiv bir işarədir.

Amerikanın Azərbaycandakı səfirliyi jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayır.

Amerikanın Azərbaycandakı səfirliyinin bəyanatında deyilir: “Beynəlxalq icma ilə birgə biz cənab Fətullayevin işini yaxından izləmişik. Azərbaycanı qanunvericiliyə və beynəlxalq normalara uyğun şəkildə şəffaf və açıq hüquqi prosesə dəvət etmişik. Prezident Əliyevin cənab Fətullayevi azad etmək qərarı demokratik islahatlarda gələcək irəliləyişlərə ümid verən pozitiv bir işarədir”.

Sənəddə deyilir ki, Birləşmiş Ştatlar fikir azadlığı da daxil olmaqla demokratik islahatlarda irəliləyiş naminə Azərbaycan hökuməti və xalqı ilə birgə çalışmağa davam edəcək. “Azərbaycan Birləşmiş Ştatların mühüm əməkdaşıdır və gələcəyə aparan yolun planlaşdırılması üçün debatlarda bütün cəmiyyətin daha da çox sayda fikirlərinin səsləndirilməsi ilə öz tam milli potensialına çatacaq”, - deyə bəyanatda qeyd edilir.