Səfir Metyu Brayza iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial olduğunu vurğulayıb
Amerikanın Azərbaycandakı yeni səfiri Metyu Brayza bu gün etimadnaməsinin surətini Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib. Xarici İşlər nazirliyinin mətbuat xidmətinin məlumatına görə, cənab Brayza iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensial olduğunu vurğulayıb və ABŞ-Azərbaycan əlaqələrinin dərinləşməsi istiqamətində çalışacağını bildirib.
Öz növbəsində, nazir Məmmədyarov Azərbaycana səfir təyin olunması münasibətilə amerikalı diplomatı təbrik edib və işlərində müvəffəqiyyətlər arzulayıb.
Amerikanın yeni səfiri Metyu Brayza bu həftə Azərbaycanda səlahiyyətlərinin icrasına başlayıb.