Amerika səfiri Azərbaycanın regionlarına səfər edib

Amerika səfiri Azərbaycanın regionlarına səfər edib

Mayın 4-dək davam edəcək səfərində Meytu Brayza İsmayıllı, Oğuz, Şəki, Mingəçevir, Gəncə və Daşkəsəndə olacaq. 2003-cü ildən başlayaraq Azərbaycanın 28 şəhər və rayonunda Amerika Sülh Korpusunun yüzlərlə könüllüsü fəaliyyət göstərib və hazırda da könüllülər fəaliyyətini davam etdirir.

Mayın 2-də ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanın rayonlarına səfərə çıxıb.

Amerikanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsi radiosuna bildiriblər ki, cənab Brayza səfər zamanı Amerika Sülh Korpusu könüllülərinin fəaliyyəti ilə yaxından tanış olacaq, yerli icra hakimiyyəti rəhbərləri ilə görüşəcək. Mayın 4-dək davam edəcək səfərində Meytu Brayza İsmayıllı, Oğuz, Şəki, Mingəçevir, Gəncə və Daşkəsəndə olacaq.
2003-cü ildən başlayaraq Azərbaycanın 28 şəhər və rayonunda Amerika Sülh Korpusunun yüzlərlə könüllüsü fəaliyyət göstərib və hazırda da könüllülər fəaliyyətini davam etdirir.