Amerika səfiri ikigünlük səfəri zamanı Lənkəran, Astara, Biləsuvar, Cəlilabad və Salyan rayonlarında olacaq.
Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Azərbaycanın İranla həmsərhəd olan cənub regionuna səfər edib.
Amerikanın Azərbaycandakı səfirliyindən Amerikanın Səsi radiosuna bildiriblər ki, bu, cənab Brayzanın bölgəyə ilk səfərdədir və səfər tanışlıq məqsədi daşıyır.
Amerika səfiri ikigünlük səfəri zamanı Lənkəran, Astara, Biləsuvar, Cəlilabad və Salyan rayonlarında olacaq. Səfər zamanı o, yerli İcra Hakimiyyəti başçıları ilə görüşəcək, iqtisadi layihələrlə, o cümlədən Lənkəran çay fabrikinə, Cəlilabad çaxır zavoduna, “Azərsun”un Təbii Yaşıl Məkan müəssisəsinə baş çəkəcək, yerli sakinlərlə görüşəcək. Səfir həmçinin Lənkəran və Salyanda Amerika mərkəzlərində olacaq.