Amerikanın Hava Yollarına məxsus Boeing 767 təyyarəsi Çikaqodan havaya qalxmaq istəyəndə sağ mühərriki alovlanıb.
Pilot təyyarənin boşaldılması təlimatı verib. Həmin vaxt təyyarədə 167 sərnişin və 9 ekipaj üzvü olub.
Hadisə zamanı 19 nəfər yüngül xəsarət alıb.
Amerikanın karqo şirkəti FedEx-ə məxsus DC-10 tipli təyyarə isə Floridanı Fort Lauderdeyl Hollovudd hava limanına endiyi zaman alovlanıb. Xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırmalar aparılır.