ABŞ gizli agentlərini Çindən geri çağırıb

Məlumatı Washington Post qəzeti yayıb

Mərkəzi Kəşfiyyat Agentliyinin bu ilin əvvəlində 21 milyondan çox hökumət işçisinin məlumatını ələ keçirən kiberoğurluğa görə gizli agentlərini Çindən geri çağırıb.

Washington Post qəzetinin yazdığına görə, onlar ABŞ-ın Pekindəki səfirliyindən Amerikaya göndərilib.

Mərkəzi Kəşfiyyat Agentliyi məlumata münasibət bildirməyib.

ABŞ-ın Personal İdarəetmə Ofisinin bildirdiyinə görə, Çn tərəfindən təhlükəsizlik yoxlanışları, habelə 5.6 milyon insanın barmaq izləri əldə edilib.

ABŞ rəsmiləri bu addımın Amerika casuslarının müəyyən edilməsi məqsədi ilə atıldığından şübhələnir.

Qəzet yazır ki, Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper məlumatların ələ keçirilməsinin Amerikanın Kəşfiyyat məlumatı toplamasına ciddi ziyan vurduğunu deyib.

Klapper kəşfiyyat agentliklərinə məlumatın haraya göndərildiyinin məlum olmadığını bildirib.

Çinin Xarici İşlər Nazirliyi hadisə ilə əlaqəsi olduğunu inkar edərək, Çinin özünün bu kimi hücumlara məruz qaldığından şikayətlənib.