Amerika Birləşmiş Ştatları Qırğızıstana yardım məqsədi ilə 49 milyon dollarlıq vəsait ayırıb

Amerika Birləşmiş Ştatları Qırğızıstana yardım məqsədi ilə 49 milyon dollarlıq vəsait ayırıb

ABŞ-ın Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Daniel Rozenblum bildirib ki, Amerikanın Avropa və Avrasiya ölkələrinə yardım proqramında Qırğızıstana xüsusi diqqət yetirilir

Amerika Birləşmiş Ştatları Qırğızıstana yardım məqsədi ilə 49 milyon dollarlıq vəsait ayırıb. Bunu Amerikanın səsinə müsahibəsi zamanı ABŞ-ın Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Daniel Rozenblum bildirib. ABŞ-ın Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Daniel Rozenblum bildirib ki, Amerikanın Avropa və Avrasiya ölkələrinə yardım proqramında Qırğızıstana xüsusi diqqət yetirilir. Bu yaxınlarda regiona səfər edən cənab Rozenblum bu Orta Asiya respublikasındakı ağır durumun şahidi olub. “Sizin prezident Roza Otumbayevaya bir çemodan nağd pul verdiyiniz doğrudurmu” sualını Rozeblum belə cavablandırıb.“Xeyr, bu doğru deyil.Amerikanın yardımları xüsusi təşkilatlar vasitəsi ilə göstərilir. USAİD təşkilatı bunlardan yalnız biridir. Yardımlar ya texniki, ya da kiçik qratlar formasında həyata keçirilir. Qrantlar əsasən qeyri-hökumət təşkilatlarına verilir. Bəzən biznes sektoruna yardımlar kreditlər şəklində də göstərilir. Bunların digər forması bilavasitə büdcə yardımıdır ki, bu da donorlar vasitəsi ilə həyata keçirilir. “

Qırğızıstana göstəriləcək 49 milyon dollarlıq yardımın hansı sahələri əhatə edəcəyinə dair ABŞ-ın Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Daniel Rozenblum bildirib ki, burada əsas sahə humanitar yardımlardır. Bunlara Qırğızıstanın cənub bölgəsində məcburi köckünlərə yardım və yenidənqurma səyləri də daxildir. Ücüncü sahə daha uzunmüddətlidir ki, bu da etnik qruplar arasında barışıq siyasətidir. Cənab Rozenblum deyib ki, vəsaitin lazımsız sahələrə sərf edilməməsinə diqqət yetiriləcək. “Büdcəyə yardım nəzərdə tutulursa, Maliyyə və digər nazirliklərin maliyyə sistemi nəzərdən keçiriləcək, yardımların haraya istiqmətləndirildiyinə dair araşdırmalar aparılacaq.Əgər bilavasitə büdcə yardımı nəzərdə tutulmursa,məsələn kommunikasiya kimi infrastrukturlara yardımdan söhbət gedirsə, bu kontraktorlar vasitəsi ilə həyata keçirilir.Müxtəlif beynəlxalq təşkilatların nümayəndələri yerli sakinlərlə iş birliyi vasitəsi prioritetləri müəyyən edir.

Yenicə Oş şəhərindən qayıdan Daniel Rozenblum gördüklərini belə təsvir edir.“Bu mənim Oşa ilk səfərim deyildi.Hadisələrdən s0nra ilk səfərdim idi.Bundan əvvəl bir necə dəfə oraya getmişəm. Lakin bu dəfə hər şey fərqli idi.Vəziyyət əlbəttə ki, təəssüf doğuran dərəcədə dəyişib. Zorakılqıların vurduğu ziyanları gördüm.İyun hadisələrinin insanların həyatına təsirinin şahidi oldum.

ABŞ-ın Avropa və Avrasiyaya yardım proqramının koordinatoru Daniel Rozenblum Qırğızıstanda məcburi köçkünlərlə görüşdüyünü bildirib. O, özbək məhəllələrində yandırılmış evlərə getdiyini deyib. Daniel Rozenblum barışığa dorğu addımların labüdlüyünü də önə çəkib. O, beynəlxalq yardımların Qırğızıstanda vəziyyətin sabitləşməsinə yardım edəcəyinə ümid bəslədiyini bildirib.