Amerika hindilərinin milli muzeyi

Amerika hindilərinin milli muzeyi

Sərgini tamamlayan 31 sənət əsəri yəqin ki, ziyarətçilərin amerikalı hindiləri milli muzeyində gözlədikləri bir şey deyil

Paytaxt Vaşınqtonda Amerika hindiləri milli muzeyi Qərb Yarımkürəsində məskunlaşan yerli əhalinin tarixi və mədəniyyətinə həsr olunub. Muzey Amerikanın müasir yerli əhalisinin həyatına böyük diqqət yetirir. Sərgini tamamlayan 31 sənət əsəri yəqin ki, ziyarətçilərin amerikalı hindiləri milli muzeyində gözlədikləri bir şey deyil. Kurator Rebeka Trautmən deyir ki, bu yaxşı haldır. Rebeka Trautmən: "Düşünürəm ki, ziyarətçilər çox vaxt burada hindilərin müasir incəsənətinin eksponatlarını görəndə təəcüb edirlər. Və ümid edirəm ki, bu sərgi insanların Hindi incəsənəti haqda təsəvvürünü dəyişir." Rəssam Mari Vatt hindidir. O, bir bazar günü səhər ziyarətçilərin təkliflərini siyahıya alaraq onların köməyi ilə yeni əsər yaradır. Sərgiyə girişdə hamının gördüyü bir yerdə onun ilk işlərindən biri yerləşdirilib.

Amerika hindilərinin milli muzeyi

“Qarğıdalı, lobya və balqabaq” adlanan bu əsərdə hindilərin üç ənənəvi yeməyi təsvil edilir. Əsər yun örtük materialdan düzəldilib. Bunun da öz mənası var. Mari Vatt: "Mən bu örtükləri toplamağa başladım. İstədim ki, bu cür sadə materialdan istifadə edim" Sərgidə nümayiş etdirilən bütün işlər insanlar, tarix, mədəniyyət və ya təbiət mənzələrini Amerikanın yerli əhalisinin perspektivindən göstərir. Bu perspektiv hamısınıda olmasada onun bəzi əsərlərində aydındır. Misal üçün bu təsir rəssam Ceymis Lavadorun Oreqondakı Umatila Hindilərinin reservasiyasının mənəzərəsini təsvir etdiyi şəkildə mövcuddur. “Bu əsərin məqsədi landşaftın fiziki görünüşünü yox, onu formalaşdıran, geoloji və metereoloji qüvvələri nümayiş etdirməkdir. Ceyms Luna: "Belə hindli yaradıcılardan olan Ceyms Luna deyir ki, onun arzusu yerli hindilərin əsərlərini görən insanları onlar haqda düşündürməkdir. O deyir ki, onun əsəri və ya hansısa bir rəqsi görən insan hindilər haqda bildiklərini yenidən nəzərdən keçirəcək." Luna “Chapel for Pablo Tac” yəni “Pablo Tac məbədi” adlı əsərində xristianlığın yerli hindilərə təsirlərini araşdırır, yerli qəbilələrin ənənəvi ibadəti olan regalia ilə katoliklərin ibadətinə xas olan cəhətləri birləşdirir. Burada eyni zamanda 200 il əvvəl Romada dilləri tədqiq etmiş, POYUKİTÇUM xalqının ilk lüğətini hazırlamış qəbilə üzvü də tərənnüm olunur.