Amerikada Müstəqillik Günü qeyd edilir

Bir çox amerikalı öz ölkələrinin doğum gününü səyahətlər, paradlar, ziyafətlər və axşam səmasında rəngarəng atəşfəşanlıqla qeyd edərkən xərcləri barədə narahat olmamağa çalışır.


Bu gün səyahət rekordlarının azalacağı proqnozlaşdırılır, belə ki, insanlar səfər etdikləri yerlərə çatmaq üçün iyulun 4-dən əvvəl hava limanlarını və magistral yolları sıxışdırırlar.

İstehlakçı atəşfəşanlıq sənayesi qrupunun bildirdiyinə görə, atəşfəşanlığın 16 000 peşəkar şouya əlavə olaraq, bütün zamanların ən yüksək səviyyəsinə çatacağı gözlənilir.

"Biz bayramı belə qeyd edirik. Bu, havada partlayan bombalardır. Bu, raketlərin qırmızı parıltısıdır. İnsanlar qürurlarını və vətənpərvərliyini belə nümayiş etdirir" - deyə, Amerika Pirotexnika Assosiasiyasından Culi Hekman Associated Press agentliyinə bildirib.

Bütün əlamətlər böyük bayrama işarə edir. Nəqliyyat Təhlükəsizliyi İdarəsinin bildirdiyinə görə, keçən həftə bir gündə 3 milyona yaxın insan hava limanlarından səyahət edib.

Amerika Avtomobil Assosaiasiytası (AAA) tətil dövründə 60,6 milyon insanın avtomobillə səyahət edəcəyini proqnozlaşdırıb.

Amerikalılar iqtisadiyyatdan narahat olsalar da, səyahətdə artımın bir hissəsi inflyasiyanın azalması ilə əlaqələndirilir.

4 iyul bayramı ümumiyyətlə amerikalıları vətənə ümumi məhəbbətdə birləşdirsə də, 2024-cü il versiyası dərin siyasi qütbləşmə və bölücü prezident yarışı fonunda keçirilir.

Bayram Konqresin 4 iyul 1776-cı ildə Müstəqillik Bəyannaməsini koloniyaların Böyük Britaniyadan ayrılmasını elan edən sənədi yekdilliklə qəbul etməsi ilə əlamətdardır.