Amerikada yaşayan ukraynalılar gərginlik, narahatlıq və qəzəb hissləri keçirir

Ukrayna hökumət qüvvələri ilə Rusiya tərəfdarı separatçılar arasında atəşkəs ölkədə müvəqqəti sakitliyə səbəb olub. Lakin Amerikada yaşayan 1.2 milyon ukraynalı hələ də hadisələrlə əlaqədar gərginlik, narahatlıq və qəzəb hissləri keçirir.

Nyu-York şəhərindəki Müqəddəs Corc Akademiyasına gələn yeniyetmələrin ya özləri, ya da valideynləri Ukraynada doğulub. Məktəbin direktoru Pyotr Şişka da ukraynadan gəlmiş mühacir ailəsində doğulub. Tələbələrdə vətənpərvərlik hissi oyadan Şişka bunun 1991-ci ildə müstəqillik əldə etmiş, hazırda müharibə şəraitində olan Ukraynaya dəstək ola biləcəyini deyir.

Şişkanın tələbələri arasında ziddiyyətli fikirlərə malik olanlar var. Ksenya Vitoviç kim. Onun bu yaxınlarda Nyu-Yorkdan Rusiya tərəfdarı separatçılarla vuruşmaq üçün Ukraynaya gedən ailə dostları var. Ksenya deyir ki, insanlar vətənlərini qorumaq, vətənlərinin müstəqillyi üçün oraya gedirlər. “Lakin onlar doğrudan da döyüşməyi bacaran insanlarla döyüşə gedirlər” – deyə o bildirir.

Bəziləri isə ya diaspora təşkilatlarında çalışmaqla, ya da xeyriyyə məqsədilə çörək bişirib satmaqla qazandıqları pulları Ukrayna ordusuna yardım üçün toplayırlar.

Atası misirli, anası isə polyak olan Aleksandra Azer ukraynalı sinif yoldaşlarına mənəvi dəstək verməyə çalışır. “Onlar kədərlidirlər və biz onlara hər şeyin yaxşı olacağını deyirik. Biz onların problemlərinə biganə qalmırıq. Son xəbərləri dinləyir, fikirlərimizi bölüşürük” -deyə, Aleksandra bildirir.

Amerika Ukraynalılarının Təşkilatı bir milyondan çox ukraynalını təmsil edir. Təşkilat nümayişlər keçirir, lobbiçiliyk fəaliyyəti apararaq, Birləlmiş Ştatlar hökumətini daha artıq iş görməyə sövq edir. Təşkilatın sözçüsü Andrey Dobryanski Birləşmiş Ştatlar və onun Avropada müttəfiqlərinın Ukraynanı qeyri-NATO alyansı elan etməli olduğunu deyir. “Belə bir addımla silah təchizatı mübadiləsinə son qoyacaq və Ukrayna sərhədlərinin qorunması üçün avadanlığın göndərilməsinə yardım edəcək” - deyə Andrey Dobryanski bildirir.

Dobryanski və onun təşkilatı Rusiya prezidenti Vladimir Putinin apardığı müharibənin əsas məqsədinin Ukraynanı yerlə yeksan etmək olduğunu düşünür. Bununla belə Dobryanski nikbindir, çünki illər əvvəl heç kəs Ukraynanın müstəqil olacağını ağlına belə gətirməzdi.