“Startalk” - Amerikalılar rus dilini öyrənir [Video]

Your browser doesn’t support HTML5

Amerikalılar rus dilinin sirlərini öyrənmək üçün kurslara gedir. Hökumət tərəfindən maliyyələşdirilən bu kurslar milli təhlükəsizliyin qorunmasına yönəlib.

Amerikalılar burada yalnız rus dilində danışır və onlara yalnız rus adları ilə müraciət edilir. Dilə marağın çox olması amerikalı tələbələrə rus dilini bir neçə həftə ərzində öyrənməyə və Amerikanın rus dili müəllimlərinə isə həmkarları ilə görüşərək, dili inkişaf etdirməyə imkan verir

Birləşmiş Ştatalrın təhlükəsizliyi styrategiyası olaraq ərəb, çin, hindu, fars və rus dillərinə böyük ehtiyac duyulduğuna görə, ölkədə “Startalk” proqramı çərçivəsindəkı dil kursları Corc VV Buşun prezidentliyi dövründə yaranıb.

Gorgia universitetində rus dili üzrə professor və “Startalk” proqramının iştirakçısı Çarls Bird deyir ki, amerikalı tələbələrin rus dilinə marağı var, lakin onlar bu dilli öyərnməyin çox ağır olduğunu düşünür. Vaxtilə Birdin özü üçün də rus dili əlçatmaz dil idi. “Mənim valideynlərim Amerika diplomatları idi və Rusiyaya getmək arzusunda olmalarına baxmayaraq, onlara icazə verilməmişdi. Mən də həmişə oraya getmək istəyirdim. Uşaq olarkən oranın qorxunc imperiya olduğunu deyərdilər. Mən Rusiyanı qaranlıq bir yer kimi təsəvvür edirdim.”

19 yaşlı Cozef Doran Rusiyada olub. O, həftədə yeddi dəfə borş yediyini və Rusiya mədəniyyətində somvol olan Volqada səyahət etdiyini deyir. “Startalk” proqramında Doran müəllim yardımçısıdır. Tələbələr onu Cozef Timofeyeviç deyə çağırırlar. “Mən Rusiyanın dilini və mədəniyyətini sevirəm. Mən rus klassik ədəbiyyatını oxumağı sevirəm. Bu çox maraqlı dildir. Ruslar çox yaxşı insanlardır. Rus dilini bildiyim üçün öyrənmək imkanım çoxdur.”

Betsi Sandstrom “Startalk”un “Rusiyanı kəşf et” proqramının direktorudur. O, xarici dil öyrənən tələbələr üçün ilk addımın onların gələcək karyeraları üçün mühüm olduğunu deyir. “Onların maraqları müxtəlifdir, biri rus dili müəllimi, digəri isə siyasətçi olmaq istəyir. Bunun üçün xarici dil bilmək vacibdir. Rusiya isə dünyanın ən böyük ölkələrindəndir.”

“Forbes” jurnalı Amerika kolleclərində Rus dilinin ən çox öyrənilər 10 dil arasında olduğuni yazır.