Amazon: Təqribən 20,000 işçimiz koronavirusa yoluxub

Amazonun ABŞ-dakı şirkəti cümə axşamı 19,800-dən çox, 1,44% işçisinin koronavirusa yoluxduğunu bildirib.

Dünyanın ən böyük onlayn pərakəndə satış şirkətinin bu qədər işçisinin koronavirus pandemiyasına yoluxması bəzi işçilər, rəsmilər və həmkarlar ittifaqları tərəfindən tənqidlə qarşılanıb. Onlar Amazonun pandemiya zamanı anbarlarını açıq saxladığı üçün işçilərini riskə atdığını deyir.

Şirkət rəhbərliyi deyib ki, virusa ümumilikdə yoluxma nəzərə alınarsa, işçilər arasında yoluxma nisbəti gözləniləndən 42 faiz azdır.

Pandemiya məhdudiyyətləri zamanı evdə qalan alıcılardan tələbinin kəskin şəkildə artmasına görə şirkət anbarlarını açıq saxladı və işçilərinın qızdırmalarının yoxlanması, sosial məsafə və digər təhlükəsizlik prosedurlarını həyata keçirdi.

Amazon şirkətinin bildirdiyinə görə, COVID-19 pandemiyası başladıqdan bəri - mart ayının 1-dən sentyabr ayının 19-na qədər Amazon və Whole Foods Market-in toplam 1,372,000 işçisindən 19,816-da koronavirus aşkar edilib.

Lakin şirkət onu da əlavə edib ki, Amazondakı yoluxma nisbəti ümumi əhalinin nisbətinə bərabər olsaydı, işçilərin yaşı və coğrafi mənşəyi nəzərə alınaraq virusa 33,952 işçi yoluxmuş olardı.