Alyaska ştatı sahillərinə yaxın zəlzələ olub

  • Amerikanın səsi

Alyaska ştatı sahillərinə yaxın zəlzələ olub

ABŞ-ın Alyaska ştatının şimal-qərbində yerləşən Aleutin adasında zəlzələ sunami təhlükəsi yaradıb. Lakin episenter uzaqda olduğundan fövqəladə vəziyyət sonradan ləğv edilib. ABŞ-ın geoloji sorğusunda zəlzələnin bu gün səhər Sakit Okeanda təxminən 35 kilometr dərinlikdə baş verdiyi deyilir. Agentlik ilkin olaraq zəlzələnn 7.1 bal gücündə olduğunu desə də sonradan rəqəmi dəyişərək, zəlzələnin gücünü 6.8 bal kimi göstərib. Zəlzələnin episenteri ştatın ən böyük şəhəri olan Ankoracdan 1600 kilometr məsafədə yerləşir.