NATO-nun Liviya əməliyyatları üzrə komandiri , general Çarlz Bouchardın dediyinə görə, alyans qüvvələri bəzi ölkələrin fasilə vermək çağırışına baxmayaraq, hücumlarını azaltmayıb. Kanadalı general bildirib ki, artıq 4-cü aya qədəm qoyan missiya mülki əhalinin müdafiəsində böyük nailiyyətlərə yol açıb. NATO komandirinin bəyanatı Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Müəmmər Qəzzafinin həbsini tələb etdiyi vaxta təsadüf edir. Haaqa məhkəməsi Qəzzafi və digər iki yüksək rütbəli hərbiçinin həbsinə sanksiya verib.