Firuz Yusifi deyir ki, İranın vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsi uşağı üçün seçdiyi türkcə AlpOrhan adını xarici və qeyri-İrani ad kimi dəyərləndirərək ona şəxsiyyət vəsiqə verməkdən imtina edib. Tehranda yaşayan ata Amerikanın Səsi ilə söhbətdə ailədə uzun müzakirələrdən sonra AlpOrhan adını seçdiklərini və şəxsiyyət vəsiqəsi verməsələr də bu adı dəyişməyəcəklərini vurğulayıb.
Your browser doesn’t support HTML5
Cənab Yusifi İran qeydiyyat idarəsinin uşaqlar üçün seçilən adlarla bağlı tətbiq etdiyi məhdudiyyətləri şərh etməklə yanaşı, öz uşağının adı ilə bağlı rəsmi orqanlara yazdığı məktublar və etdiyi müraciətlər haqda danışıb.
Biz aylarla düşndükdən sonra oğlumuz üçün türk kültürünə uyğun AlpOrhan adını seçmişik. Ona sicilli (şəxsiyyət vəsiqəsi) verməsələr də bu adı dəyişdirməyəcəyik və ortaya çıxacaq problemlərlə bağlı nüfus qeydiyyatı qurumunu məsul tanıyırıq.Firuz Yusifi
“Oğlumuzun doğumundan iki gün sonra, İranın sicilli və nüfus qeyd etmə qurumunun Tehranın batı bölgəsi şöbəsinə baş vurdum və onlara oğlumun doğumunu bildirib və AlpOrhan adına sicilli istədim. Onlar dedilər, biz bu ada sicilli verə bilmərik, çünki bu ad yabançı və qeyri-İranı addır. Bizim saytımızda yoxdur,” deyə Firuz Yusifi Tehranda vətəndaşlıq vəziyyəti qeydiyyatı idarəsinə müraciətini şərh edir.
Tehran sakini həmçinin vilayətin qeydiyyat idarəsinin ad Ad Komitəsi-nə məktub yazdığını, ancaq, AlpOrhan adının onlar tərəfindən də rədd edildiyini bildirir. O, qeydiyyat qurumunub başqanına yazdığı məktubun da cavabsız qaldığını söyləyir.
Yusifi AlpOrhan adının Tehran vilayətinin qeydiyyat idarəsi tərəfindən rədd edildiyinə dair rəsmi sənədi Facebook səhifəsində dərc edib.
“Tehran vilayətinin ad komitəsi Firuz bəy Yusifinin oğlu üçün AlpOrhan adının seçilməsinə icazə vermir,” deyə Tehran qeydiyyat idarəsinin rəsmisi Davud Osalının imzasını daşıyan sənəddə yazılıb.
Firuz Yusifi qeydiyyat qurumunun uşaqlar üçün seçilən adlarla bağlı qanunları haqda da danışıb.
Oğlumuzun doğumundan iki gün sonra, İranın sicilli və nüfus qeyd etmə qurumunun Tehranın batı bölgəsi şöbəsinə baş vurdum və onlara oğlumun doğumunu bildirib və AlpOrhan adına sicilli istədim. Onlar dedilər, biz bu ada sicilli verənmərik, bu ad yabançı və qeyri-İranı addır. Bizim saytımızda yoxdur.Firuz Yusifi
Onun dediklərinə görə, İran qanunlarında uşağa seçilən adın bəlli bir məna və qavramı ifadə etməsi, İslama qarşı olmayıb, çirkin anlam daşımaması və uşağın cinsiyyəti ilə uyğun olması gərəklidir. Ayrıca qeydiyyat qurumunun yüksək komitəsi yasaqlanmış və uyğun olmayan adları bəlli etməklə vəzifələndirilib. Dini azlıqlara isə qanuna dayanaraq öz din, dil və kültürlərinə görə ad seçməklərinə icazə verildiyi bildirilir.
Firuz Yusifi qanunlar və etnik qrupların haqları ilə bağlı beynəlxalq bəyannamələrə istinad edərək, oğlu üçün türk kültürünə uyğun və türkcə bir ad seçmək haqqına sahib olduğunu vurğulayır.
“Bunlar türkləri qeyri-İrani bilib, yabançı hesab edərək haqlarımızı danırlar,” deyə AlpOrhanın atası İran qurumlarında qeyri-fars millətlərin uşaqlarının adı ilə bağlı fars dili ekspertlərinin qərar verməsinə etiraz edir.
O, Azərbaycan vilayətləri və İran başqa şəhərlərində bir çoxlarının eyni problemlə üzləşdiyini və umumiyyətlə uşaqları üçün başqa bir ad seçməyə məcbur qaldıqlarını bildirir.
“Biz aylarla düşündükdən sonra oğlumuz üçün türk kültürünə uyğun AlpOrhan adını seçmişik. Ona sicilli (şəxsiyyət vəsiqəsi) verməsələr də bu adı dəyişdirməyəcəyik və ortaya çıxacaq problemlərlə bağlı qeydiyyat idarəsini məsul tanıyırıq,” deyə Yusifi əlavə edir.