Almaniya rəsmiləri Volkswagen şirkətini təxminən 1.2 milyard dollar məbləğində cərimə edib. Buna səbəb avtomobil şirkətinin 2015-ci ildə Birləşmiş Ştatlarda üstü açılan dizel emissiyaları qalmaqalındakı roludur.
Prokurorlar Volkswagenin mühərrik hazırlayan şöbəsinə düzgün nəzarət etmədiyini aşkar edib. Bu isə dizel ilə işləyən milyonlarla maşının qanunsuz emissiyaya nəzarət softveyri ilə satılması ilə nəticələnilib. Şirkət çərşənbə günü Braunşvayq şəhərinin prokurorlarının tətbiq etdiyi cəriməni ödəyəcəyini bildirib.
Bundan əvvəl ABŞ rəsmiləri də Volkswagenə milyardlarla dollar məbləğində cərimələr edib.
Şirkət bildirib ki, onlar bu son cərimənin “Avropada Volkswagenə qarşı aparılan digər məhkəmə icraatlarına da müsbət təsiri olacağına” ümid edir.