Almaniyada bir həftə ərzində dörd hücum qeydə alınıb. Silahlı qarşıdurma, bomba partlayışı və bıçaqla hücumlar nəticəsində 10 insan həlak olub və bir çoxları yaralanıb. Hadisələrdən üçü Bavariyada, biri isə Baden-Vuerttemberqdə baş verib. Rəsmilər deyir ki, hücumların bir-biri ilə əlaqəsi olmasa da, hadisələr ölkənin təhlükəsizliyilə bağlı narahatlıqları artırır.
Son hücum bazar günü Bavariyanın kiçik qəsəbəsi Ansbaxda açıq havada keçirilən konsertdə baş verib. 27 yaşlı suriyalı oğlan özünü partladaraq 15 nəfəri yaralayıb. İslam Dövləti qrupu hücumun məsuliyyətini öz üzərinə götürüb və Almaniya rəsmiləri deyir ki, bazar ertəsi günü onlar bunun doğru olması ilə bağlı sübutlar aşkar edib.
Yoaxim Hermann: “Onun mobil telefonunda ərəbcə hücum törədəcəyini dediyi video var. Biz bunu tərcümə etdiyimizdə, o İslam dövləti qrupunun lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət göstərdiyi və almanlardan İslama əngəl törətdikləri üçün qisas alacağı deyilir.”
Polis deyir ki, onlar onun evində axtarış keçirdiyində partlayıcı maddələr aşkar ediblər.
Lakin bazar günü bir qadının suriyalı tərəfindən öldürülməsi terrorizmlə əlaqəsi olmadığı deyilir. İran əsilli almanyalı yeniyetmə Münhendə doqquz nəfərə atəş açib öldürdükdən sonra özünə də qəsd edib. Onun hər hansı terrorist qrupu ilə əlaqəsi olduğuna dair sübut yoxdur. Lakin onun bu hücumu əvvəlcədən planlaşdırdığı düşünülür. Keçən həftə qatarda əfqan gəncin beş sərnişini biçaqla yaralamasının isə İŞİD-lə əlaqəsi olduğu sübutlanıb.
Ulrik Demmer: “Son günlər baş verən hücumlar eyni deyil. Avropada hücumlar həyata keçirən terroristlərin çoxu miqrantlar deyil. Bu bizə miqrantları yerli sakinlərlə qarşılaşdırdığımızda terrorism təhlükəsinin nə böyük nə də kiçik olduğu ilə bağlı məlumat vermir.”
Almanlar son günlər baş verənlərdən narahatdır.
Klaudia Frosç: “Biz indi daha çox qorxuruq. Lakin mühacirət edən xaricilərə qarşı heç nə düşünmürük.”
Almaniya rəsmiləri deyir ki, ölkə belə hücumlara qarşı hazırlıqlı olmalıdır ki, gələcəkdə bu kimi hadisələrin qarşısı alınsın.