Angela Merkel qərarsız seçicilərin dəstəyini almağa çalışır

German Chancellor Angela Merkel, a top candidate of the Christian Democratic Union Party (CDU) for the upcoming general elections, speaks at an election rally in Schwerin, Germany, Sept. 19, 2017.

Almaniya kansleri Angela Merkel tərəfdarlarını bazar günü keçiriləcək ümummilli səsvermədən öncə dəstəklərini gücləndirməyə çağırıb.

Merkel artıq dördüncü dəfədir namizədliyi irəli sürür. Onun mənsub olduğu mühafizəkar Xristian Demokrat partiyası rəy sorğuıarında üstünlük təşkil edir. Ötən həftə keçirilən rəy sorğuları partiyanın 34-37 faiz səslə öndə getdiyini, Sosial Demokratların isə 21-22 faizlə ikinci yerdə gəldiyini gəldiyini göstərir.

Lakin son bir həftə ərzində ona dəstək getdikcə azalıb. Şənbə günü Merkel Berlində öz tərəfdarlarına deyib ki, onlar qərarsız seçiciləri Merkelə səs verməyə cəlb etmək üçün səylərini gücləndirməlidir.

Berlində kampniya işçiləri ilə söhbət edəndən sonra Merkel şimala yola düşüb. Orada o, Stralsund şəhərində insanlarlə əl sıxışıb, şəkil çəkdirib və avtoqraflar imzalayıb.

O həmçinin, şimalda yerləşən Qreifsvald və Ruegen şəhərlərində seçki kampaniyası keçirib.

Merkelin əsas rəqibi sosial demokrat Martin Şulz isə Almaniyanın qərbində yerləşən Aaçen şəhərində seçki mitinqi keçirib.

Cümə günü axşam Berlində mitinq keçirən Şulz almanları anti-miqrant Almaniya üçün Alternativ (AfD) partiyasına səs verməməyə çağırıb. Rəs sorğularına əsasən, millətçi partiya 10-13 faiz səsə sahibdir.

AfD “təşviqatçılar partiyası” və “düşmənlər” adlandıran Şulz onlara qarşı mübarizə aparmaq üçün ən doğru seçimin Sosial Demokratlar partiyasının olduğunu deyib.

“Biz Almaniyada demokratiyanı müdafiə edəcəyik”, deyə o bildirib.

AfD-dən əlavə, Yaşıllar, Azad Demokratik Partiya və Solçu Partiya da 8-11 faiz səslə parlamentə daxil olmaq uğrunda rəqabət aparır.