Münhendə terrorçu qrupun üzvü olmaq da daxil edilməklə əfqan mənşəli Almaniya vətəndaşının məhkəməsi başlayıb.
Prokurorlar Harun P kimi təqdim edilən şəxsi Suriyada Cunud Əl-Şəm islamçı qrupun üzvü olmaqda ittiham edərək, onun Suriyada həbsxanaya hücuma yardım göstərdiyini bildirib.
Münhen məhkəməsinin hakimi deyib ki, 27 yaşlı məhkum döyüşçü olmaq üçün Suriyada təlim alıb və islamçı döyüşçü ilə evlənmək üçün alman qızın Suriyaya səfər etməsinə kömək edib. Məhkəmənin nümayəndəsinin bildirdiyinə görə, bu plan qızın Almaniyaya qayıtması səbəbi ilə baş tutmayıb.
Onun vəkili isə müdafiə etdiyi şəxsin Suriyaya getməzdən əvvəl hələ Almaniyada olduğu zaman radikallaşdığını bildirib.
Almaniya polisi eyni zamanda, İslam Dövləti qrupunun sıralarına yeni döyüşçülərin cəlb edilməsində şübhələnilən iki nəfərin keçən həftə həbsindən sonra Berlin və ölkənin digər şəhərlərində reydlər keçirib.