Almaniyanın mühafizəkar və solçu partiyaları rəsmi koalisiya danışıqlarına hazırlaşırlar

Kansler vəzifəsinin icraçısı və Xristian Demokrat İttifaqının lideri Angela Merkel və Sosial-Demokrat Partiyasının rəhbəri Marin Şultz.

Almaniya mühafizəkarları sosial-demokratlarla rəsmi koalisiya danışıqlarına hazırlaşırlar. Bu, solçu partiyanın siyasi dalana son qoymaq lehinə səs verməsindən sonra baş verdi.

Kansler Angele Merkelin rəhbərlik etdiyi mühafizəkar Xristian Demokrat İttifaqı və Marin Şultzun rəhbərlik etdiyi Sosial-Demokrat Partiyası bu həftə, koalisiyalarını daha dörd il uzatmaq mövzusunda rəsmi danışıqlara başlayacaqları gözlənilir.

Halbuki, mühafizəkarlar xəbərdarlıq edirlər ki, onlar mühacirət məsələsi ilə bağlı ilkin razılaşmanı yenidən müzakirə etməyə hazır deyillər.

Xristian Demokrat İttifaqının lider müavini Julia Klokner bazar ertəsi ARD televiziya kanalına müsahibəsində bildirib ki, yaxınlaşan danışıqlar hal-hazırkı ana qədər imtina edilənlərin yenidən müzakirəsi üçün deyil, bu günə qədər əldə edilənləri daha da mükəmməlləşdirmək üçün keçiriləcək.

Bazar günü SDP konqresi XDİ ilə koalisiya danışıqlarının başlamasının lehinə səs verib. Beləliklə, SDPkonqresi ayın əvvəli səhiyyə siyasəti və mühacir ailələrinin Almaniyaya gəlməsi məsələlərində əldə edilən kompromisi təsdiq edib.