Allah zərrəciyi planetlərin və nəticədə həyatın formalaşmasını anlamağa imkan verir

Nüvə Tədqiqatları üzrə Avropa Mərkəzində (NTAM) ötən həftə alimlər Hiqqs Boson xarakteristikasına uyğun gələn subatom zərrəciklərinin aşkar edildiyini bildirib. Bu zərrəciklərə “Allah Zərrəcikləri” də deyilr. Fermi Milli Akselerator laboratoriyasında alimlər kəşfin tarixi əhəmiyyət kəsb etdiyini deyir.

Your browser doesn’t support HTML5

Higgs boson



200 alim və elmi işçinin Fermi laboratoriyasında səhər saat ikidə Cenevrədən translyasiya edilən elanı izləyir. Onların əksəriyyəti Nüvə Tədqiqatları üzrə Avropa Mərkəzində keçirilən sınaqla yaxın təmasdadır. Kompakt Müonların Solenoid qrupunun rəhbəri Patrisiya Makbraydla bərabər onlar atom zərrəciklərini hərəkətə gətirən böyük hadron akseleratorunun Hiqqs boson zərrəciyinin varlığını müəyyən etmək üçün aparılan sınaqda iştirak edir.

Patrisiya Makrayd: “Orada istifadə edilən üsulların əksəriyyəti ilk əvvəl burada sınaqdan keçirilib. Bir çox insan burada təlimlərdən keçib.”

Alimlər qənaetbəxş nəticə əldə etmək üçün atom zərrəciklərini toqquşdura bilən texniki baxımdan təkmilləşdirilmiş cihazlara yüz milyonlarla dollar və uzun saatlar sərf edib. İndi onlar Hiqqs boson adlı subatom zərrəciklərinə bənzər zərrəciklər aşkar etdiklərinə inanırlar.

Robert Roser: “Bu kainatın necə yaranmasını başa düşmək üçün axtardığımız açardır.”

Fermi laboratoriyasında elmi işçi Robert Roser deyir ki, Hiqqs boson başqa zərrəcikləri cəlb edir və kütlə yaradan cismin mövcudluğunu izah edir. Bu, planetlərin və nəticədə həyatın formalaşmasını anlamağa imkan verir. Lakin o, həmkarlarının ehtiyatlı olmalarını və Hiqqs bosonun özünü deyil, Hiqqs-i xatırladan zərrəciyin tapıldığını demələrinin vacibliyini qeyd edir.

Robert Roser: “Bu çox incə fərqdir və növbəti bir neçə il ərzində onlar Hiqqsin hərəkəti, qoxusu və davranışını araşdıracaqlar.”

Robert Roser: “Bu növ tapıntı elmin dünyaya baxışını tamamilə dəyişəcək və mənim sabah işə nəcə getməyimi dəyişəcək. İctimayyətə gəldikdə isə böyük dəyişiklik olmayacaq.”

Makbrayd və Roserin sözlərinə görə kəşfin nəyə gətirib çıxaracağı hələlik məlum olmasa da, Hiqqs boson zərrəciyini aşkar etmək üçün yaradılmış təkmil cihazlar artıq müəyyən nəticələr verib. Buna telefon və kompyuterlərdə istifadə edilən Cloud kimi rəqəmsal bazanı misal gətirmək olar. Lakin Roser kəşfin yol açacağı nailiyyətlərin hələ əldə edilmədiyini deyib.

Robert Roser: “Ona görə də mənə bu gün Hiqqs bosonunun mənfəəti haqda sual vermək düzgün olmaz. Düşünürəm ki, gələcək araşdırmalar əsnasında daha çox məlumat əldə edəcəyik. Amma bəşəriyyət daim suallara cavab axtarışındadır və biz indi bunun səbəbini anlamağa bir addım yaxınıq.”


Roser deyir ki, növbəti addım elmi şübhə olmadan Hiqqs bosonun həqiqətən də mövcud olduğunu təsdiq etməkdir.