Alimlər HİV virusuna qarşı vaksin ixtira etmək üzrədir (audio)

  • Amerikanın səsi

Alimlər HİV virusuna qarşı vaksin ixtira etmək üzrədir (audio)

Tədqiqatçılar Rezus meymununun SİV adlı meymunların yoluxduğu immun çatışmazlığı virusuna qarşı vaksin tapıblar. Bu, insanlarda QİÇS xəstəliyi yaradan insan immun çatışmamazlığı virusuna bənzər virus növüdür. Alimlərin fikrincə yeni təcrübə QİÇS xəstəliyinin müalicəsinə və effektiv HİV vaksinin yaranmasına gətirib çıxara bilər. 2009-cu ildə QİÇS vaksini üçün aparılan tədqiqatın nəticəsini davam etdirən alimlər SİV virusunun zülallarından hazırlanmış iki mərhələli vaksin yaradıblar. Yeni vaksin Rezus meymunlarının virusa yoluxma şansını azaldır. SİV HİV-nin modelidir, çünki meymunlar insan virusuna yoluxa bilməz.

Polkovnik Nelson Maykl molekulyar virusoloqdur və Walter Reed Ordu institutunda ABŞ Hərbi HİV tədqiqat proqramının iştirakçısı və əsas müəllifidir.

Polkovnik Nelson Maykl: “Indi biz əsl dəlil tapmışıq. Yeni vaksini heyvanlarda istifadə etmişik və uğurlu nəticələr var. Bu nəticələr bizi külli miqdarda resurslardan istifadə edərək nəhayət ki, vaksini insanlarda da təcrübədən keçirməyə sövq edir və bizim planımız məhz budur.”

Alimlər HİV virusuna qarşı vaksin ixtira etmək üzrədir (audio)

Tədqiqatçılar ilk növbədə laboratoriya meymununa SİV zülalı olan ilkin genetik vaksin vurublar. Altı ay sonra vaksinin tərkibindəki zülal daha da çoxalıb. Vaksin SİV zülallarını orqanizmə yaymaq üçün fərqli, zərərsiz genetik üsulla vurulur.

Zülalların tərkibində keçmiş eksperimental vaksinlərdən qalmış bəzi əlavələr da var ki, tədqiqatçılar bunların SİV-ə qarşı daha da effektiv oldu]unu düşünür.

Alimlər vaksin vurulmuş meymunu sonradan hər həftə aqressiv SİV virusuna yoluxdurmağa çalışıblar və vaksin heyvanların virusa yoluxma ehtimalını 80 faiz azaldıb. Bir neçə dəfə ardıcıl virusa yoluxmadan sonra heyvanların hər biri virusa yoluxublar. Lakin Maykl deyir ki, onların qanında virusun səviyyəsi vaksin qəbul etməmiş meymunlardakindan xeyli azdır.

Alimlər HİV virusuna qarşı vaksin ixtira etmək üzrədir (audio)

Polkovnik Nelson Maykl: “Əgər bu doğrudursa, onda virusa yoluxmuş insanın qanında az miqdarda virus dövrə vuracaq. Həmin insan az xəstə olacaq, uzun müddət terapiya müayinəsindən keçməli olmayacaq və ən əsası sağlam insanlara virusu indi olduğu kimi asanlıqla ötürməyəcəklər.”

Hal-hazırda insanlarda iki mərhələli meymun vaksininin təhlükəsizliyini və efektivliyini sınaqdan keçirmə prosesi gedir. Əgər sınaq uğurlu olarsa, onda gələn il ABŞ, şərqi Afrika, Cənubi Afrika və Tailandda insanlara geniş miqyasda HİV vaksini vurulacaq.