Vəkillər İnsanovun yaşadığı rayonun ərazisində yerləşən cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyirdi
Keçmiş səhiyyə naziri Əli İnsanov bu gün Bakı İstintaq Təcridxanasından Bakının Qaradağ rayonunun Buta qəsəbəsində yerləşən 13 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə vəkil Toğrul Babayev Amerikanın Səsinə bildirib.
Onun sözlərinə görə vəkillər Əli İnsanovla görüşmək üçün bu gün Bakı İstintaq Təcridxanasına gediblər və orada İnsanovun artıq 13 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyünü bildiriblər.
Xatırladaq ki, keçmiş nazir 2006-cı ildən 13 saylı cəzaçəkmə müəssisəsində saxlanırdı. Vəkillər qanunvericiliyə uyğun olaraq İnsanovun yaşadığı rayonun ərazisində yerləşən cəzaçəkmə müəssisəsinə köçürülməsinin vacibliyini bildirmişdi. Sabiq nazir dəfələrlə 13 saylı cəzaçəkmə müəssisəsində şəraitin ağır olduğunu və standartlara cavab vermədiyini bildirib.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə Əli İnsanovla bağlı məhkəmənin qərarının bu gün yerinə yetiriləcəyini bildiriblər.
Keçmiş nazir aprelin 3-də Bakı İstintaq Təcridxanasının rəisinə ərizə ilə müraciət edərək, cəzaçəkmə müəssisəsinə köçürülməsinin təmin edilməsini tələb etmişdi.
İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarının bir aydan çoxdur qüvvəyə minməsinə baxmayaraq, qanunsuz olaraq istintaq təcridxanasında saxlandığını yazmışdı. O, məhkəmənin qərarının dərhal icra edilməsini tələb edirdi.
Bu il fevralın 25-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun 11 il həbsdə saxlanması ilə bağlı əvvəlki hökmü qüvvədə saxlayıb. İnsanov məhkəmədə ilk olaraq dövlət başçısı barədə ciddi tənqidi fikirlər və faktlar söyləyib. Bundan sonra o, səskeçirməz şüşə akvariuma salınıb və məhkəmə prosesi boyu dövlət başçısı, eyni ilə də hökumətlə bağlı tənqidi fikirlər söyləyən anda hakim mikrofonunu söndürüb.
O yenidən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib.
Təkrar istintaq Avropa İnsan Hüquqları Məhkəməsinin 2013-cü il martın 14-də Əli İnsanovun hüquqlarının pozulması və ona kompensasiya verilməsi barədə qərarı ilə bağlı keçirilib. AİHM-nin qərarının yerinə yetirilməsilə əlaqədar Azərbaycan Ali Məhkəməsinin plenumu 2013-cü il noyabrın 15-də işi təkrar baxılmaq üçün Apellyasiya məhkəməsinə göndərib.
Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq, bir sıra iqtisadi cinayətlər törətmək ittihamı ilə 11 il azadlıqdan məhrum edilib.
Əli İnsanov beynəlxalq və yerli hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb.