Məhəmməd Əli pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Məşhur boksçu Məhəmməd Əli pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Parkinson xəstəliyindən əziyyət çəkən 3 dəfə dünya çempionunun vəziyyəti stabildir.

Əlinin sözçüsü Bob Qunnael deyib ki, xəstəlik erkən mərhələdə nəzarətə alınıb və onun tam sağalacağı gözlənilir.

Bundan başqa heç bir açıqlama verilməyib.