AXÇP sədri Əli Kərimli Ukrayna ilə Rusiya arasındakı gərgin münasibətlərə münasibət bildirib. O, öz Facebook səhifəsində yazır:
"Adamın inanmağı gəlmir, amma bu artıq reallıqdır. Təəssüf ki, bəzi siyasətçilərin avantürası dünyanı yeni və çox təhlükəli müharibə ilə üz-üzə qoyur. Rusiya rəsmən Ukraynaya ordu yeritməyə hazırlaşır. Rusiyanın Federasiya Şurası martın 1-də keçirdiyi fövqəladə iclasda ölkə başçısı Putinin Ukrayna ərazisinə hərbi birliklər yeritməklə bağlı müraciətinə baxaraq, müsbət cavab verib.
Rusiya Ukraynaya qoşun yeritsə, bu, çox səhv qərar olacaq. Rusiyanın öz mənafeləri baxımından da. Əvvəla, Ukrayna ordusu və xalqı vuruşacaq, döyüşsüz təslim olmaqdan söhbət gedə bilməz. Hətta indiki hökuməti dəstəkləməyən ukraynalılar da vətən təəssübü səbəbindən milli ideya ətrafında hökumətlə birləşəcəklər. Üstəlik, Krım tatarları da Krımı heç kimə verəsi deyil, onlar əsl vətən müharibəsinə qalxacaqlar. Ukraynalılar və ruslar Krım uğrunda (əslində, heç tək Krımdan da söhbət getmir, müharibə başlasa, Ukraynanı parçalamaq, Ukraynanın şərqini Rusiyaya birləşdirmək niyyəti heç gizlədilmir də) savaşsalar belə, Krım onların heç biri üçün Krım tatarlarına olduğu qədər əziz ola bilməz. Onların Krımsız da vətənləri var. Krım tatarları üçün isə Krım tək vətəndir.
Onu izah etmək istəyirəm ki, 2014-cü ildə Ukraynanın bir hissəsini işğal etmək ötən əsrin 90-cı illərində, məsələn, Moldovanın Dnestryanı ərazisini, Gürcüstanın Cənubi Osetiyasını, Azərbaycanın Qarabağını işğal etmək kimi asan iş deyil. Heç kim asan və tez qələbəyə ümid etməsin. Əksinə, Ukraynanın bir hissəsini işğal etmək cəhdi Rusiyaya çox baha başa gələ bilər. Keçmiş SSRİ-nin Əfqanıstanı işğal etmək cəhdi SSRİ-ni çökdürdüyü kimi, Ukraynanı işğal etmək cəhdi də müasir Rusiyanı çökdürər. Ən azı, müflis edər.
Aydındır ki, nə ABŞ, nə Avropa Birliyi, nə də NATO Ukraynaya görə Rusiyaya müharibə elan edəcək. Amma sakitcə oturub, seyrçi mövqedə də qala bilməyəcəklər. Ukrayna xalqına və dövlətinə açıq və ciddi dəstək verməli olacaqlar. Rusiyanın müharibəyə başlamaq cəhdi onun bütün sivil dünya tərəfindən təcridilə nəticələnə bilər. Rusiya müasir tarixində heç vaxt rastlaşmadığı ağır iqtisadi sanksiyalara məruz qalar, yeni "Soyuq müharibə" ilə üzləşər. Təkcə Avropa Birliyi və ABŞ-ın birgə iqtisadi sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməyə kifayət edər, ölkədən 100 milyardlarla kapital axınına, Rus rublunun tam qiymətdən düşməsinə gətirib çıxarar. Rusiyanın daxilində mərkəzdənqaçma meylləri güclənər.
Rusiyadakı müsəlman və türk xalqlarının simpatiyası heç şübhəsiz ki, Krım tatarlarına olacaq. Digər müsəlman xalqlar da Krım tatarlarına dəstək verəcək. Dağıstan və Şimali Qafqazda Rusiyadan ayrılmaq meylləri artacaq. Ukraynanın parçalanmasını isə heç bir ciddi dövlət, beynəlxalq təşkilat tanımayacaq. Müharibə nəticəsində zəifləmiş Rusiya nə zamansa, Ukraynadan çəkiləcək, amma qonşuluğunda daha bir böyük xalqın düşmənçiliyini qazanacaq. Yəni, bu sadə məsələləri Rusiya rəhbərlərinin özləri başa düşmürlər?
Biz ya həqiqətən əsrin avantürasına şahidlik edirik, ya da Rusiya Qərbin və Ukraynanın reaksiyasını yoxlayır. Bilmək istəyir ki, Ukrayna rəhbərliyi müharibə təhdidi altında hansı güzəştlərə gedə bilər. Ciddi işğal planı olan dövlət üçün Rusiya kifayət qədər ləng hərəkət edir. Bu da o ehtimalı gücləndirir ki, Putin Qərbin reaksiyasını yoxlayır. Qərbin danışmaqdan başqa bir iş görməyəcəyinə əmin olsa, hərəkətə keçəcək. Yox, əgər Qərbin reaksiyası çox sərt olsa, bir bəhanə ilə geri çəkilmək imkanı hələ də qalır.
Beləliklə, indiki situasiyada Ukraynanın taleyi, Ukrayna torpaqlarının bir hissəsinin işğal edilib-edilməməsi Rusiya qədər də Qərbdən asılıdır. Qərb liderləri ləngimədən Ukraynaya açıq dəstək verməklə, müharibə başlayacağı təqdirdə Rusiyaya qarşı tətbiq edəcəkləri sanksiyaları indidən bəyan etməklə (diplomatik kanallarla da olar) Rusiyanı işğalçılıq hərəkətindən çəkindirə bilərlər və bunu etməlidilər.
Regionumuzdakı müharibə ehtimalının Azərbaycan üçün də ciddi problemlər yaradacağı şəksizdir (Bu barədə sonra yazaram). İndi normalda Azərbaycanın Təhlükəsizlik Şurası toplanıb Ukraynada müharibə başlayacağı təqdirdə bunun Azərbaycana təsiri, ölkəni bu böhranlı vəziyyətə hərtərəfli hazırlamaq vəzifəsini müzakirə etməlidir. Təəssüf ki, indi onların belə işlərə vaxtı yoxdur, cəbhəçilərin həbsinə başları bərk qarışıb. Yazıqlar olsun..."