İranın mahnı müsabiqəsində azərbaycanlı müğənni birincilik qazanıb [Video]

İranın Şoma TV kanalının mahnı müsabiqəsində güneyli gənc müğənni “Sənə görə” mahnısı ilə birincilik qazanıb.

Bu yaxınlarda Güney Azərbaycan və İranda adı dillərə düşən Əli Pormehr “Yağış altında” mahnı albomu buraxıb.

Azərbaycan mahnıları ilə çıxış edən Pormehr xalq arasında böyük sevinclə qarşılanır.

Əli Pormehrin "Yağış altında" albomu

Öz səsi ilə İran Azərbaycan musiqisinə yeni nəfəs qatan gənc müğənnini parlaq gələcək gözləyir.

Ana dilinə vurğun olan müğənni İranın rəsmi kanalında çıxış etsə də, farsca mahnı ifa etməkdən imtina edir.

Durnanews veb saytının yazdığına görə, Pormehr yaxın gələcəkdə Urmiyədə konsert proqramı ilə çıxış edəcək.