ABŞ Ali Məhkəməsi gey cütlük üçün nikah tortu ilə bağlı mübahisədə tərəfləri dindirib

Ali Məhkəmənin eynicinsli nikahları qanuniləşdirməsi qərarından sonra Ağ Ev göy qurşağı rəngləri ilə işıqlandırılmışdı.

ABŞ Ali Məhkəməsinin iki hakimi qənnadçının eynicinsli cütlüyün nikahına tort hazırlamaqdan imtina etməsi ilə bağlı iki nəfərin arqumentlərini dinləyib. Beş il öncə baş vermiş bu hadisə bu ilin ən böyük məhkəmə işlərindən biri hesab edilir.

Hakimlər bu məhkəmə işində biznes sahiblərinin insanları irqi, dini, cinsi və digər meyarlara görə diskriminasiya etməsini qadağan edən qanun ilə ifadə və din azadlığının sərhədlərini müəyyən etməyə çalışacaq.

Kolorado ştatından olan gey cütlük Masterpiece Cakeshop adlı şirniyyat dükanından nikah tortu ala bilmək imkanına sahib olmalı olduqlarını bildirirlər. Həmin şirniyyatçı dükanı onları istəyinə uyğun tort hazırlamaqdan imtina etmişdi.

Dükanın sahibi Cek Fillips isə bildirir ki, o, tort dizaynı edən bir sənətkardır və onun məhsulları hazırlamaq azadlığı ictimai qanunlardan kənar olmalıdır. Filips əlavə edib ki, hökümətin onun ailəsini təmin etməklə Allahla olan münasibətində seçim etməyə məcbur etməsi azadlıq deyil.

Ali Məhkəmədə müzakirə ediləcək bu iş Kolorado məhkəməsinin qərarından sonra Fillips və onun dəstəkçiləri tərəfindən edilmiş apellyasiyadır. Ştat məhkəməsi Masterpiece Cakeshop eynicinsli cütlüklərə tort təqdim etməli, şirkətin siyasətini dəyişdirməli və əməkdaşları üçün müvafiq təlimlərin keçirilməli olduğu ilə bağlı qərar çıxarmışdı.

Bu işlə bağlı Ali Məhkəmənin qərarı 2018-ci ildən tez verilməyəcəyi gözlənilir.