Ali Məhkəmə səyahət qadağasının qismən davam etdirilməsinə icazə verib

ABŞ Ali Məhkəməsi Donald Trampın ən son səyahət qadağasının qüvvədə qalmasına dair qərar verib. Lakin aşağı instansiyalı məhkəmələrdə qadağa ilə bağlı müzakirələr hələ də davam edir.

Doqquz hakimdən ikisi deyib ki, qadağa qismən davam etməlidir. Məhkəmə qərarının arxasındakı səbəbi açıqlamayıb.

Trampın artıq üçüncü dəfədir imzaladığı bu qadağa Çad, İran, Liviya, Şimali Koreya, Suriya, Venesuela və Yəməndən gələn əksər insanların ölkəyə daxil olmasının qarşısını alır.

Bu ölkələrdən altısı müsəlmanların çoxluq təşkil etdiyi ölkələrdir.

Merilend və Havaydakı aşağı instansiyalı məhkəmələr səyahət qadağasının icrasının qarşısını almışdı.

Amerika-İslam Münasibətləri Şurasının sözçüsü deyib ki, “Ali Məhkəmənin bugünkü qərarı bizə bir daha xatırladır ki, biz Tramp adminstrasiyasının müsəlmanlar və digər azlıqları təcrid etmək səylərinin qarşısının alınması üçün təkcə məhkəmələrə arxalana bilmərik.”

Ali Məhkəmə Trampın səyahət qadağası aşağı instansiyalı məhkəmələrdən keçəndən sonra qadağanı müzakirəyə çıxarmağa razılaşmışdı.