Təbrizli türk şair həbs edilib [Video]


İran azərbaycanlılarının milli-mədəni hüquqları mövzusunda oxuduğu tənqidi türkcə şeirləri ilə tanınan şair və mədəni fəal Əli Cabbarinin ötən günlərdə həbs edildiyi bildirilir.

Azərbaycan veb səhifələrinin yazdığına görə, ötən günlərdə İran Ettelaat Nazirliyinin Xəbərləşmə Mərkəzinin Təbriz şöbəsinə çağırılan azərbaycanlı şair iyulun 19-da təhlükəsizlik qurumuna müraciət etdiyi zaman nəzarət altına alınaraq Təbriz zindanına göndərilib.

Oyan News saytına istinadən, Əli Cabbari 2010-cu ilin yanvar ayında da təhlükəsizlik məmurları tərəfindən tutulub və Ettelaat həbsxanasında 20 gün sorğu-suala çəkildikdən sonra zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

“Azadlığa buraxıldıqdan sonra, İnqilab Məhkəməsi şairi İran İslam Respublikasına qarşı təbliğat aparmaq və pan-türkist şeirlər qoşmaq ittihamları ilə mühakimə edib, onu 4 ay həbsə məhkum etmişdi,”-deyə, Günaz TV saytı qeyd edib.

Şair mərasimlərdə oxuduğu şeirlərində “pan-türkizm” və “separatçılıq” kimi ittihamların Azərbaycan fəallarına qarşı basqı tətbiq etmək üçün ortaya atılan bəhanələr kimi qiymətləndirib.